Azərbaycan humanitar yardımın növbəti hissəsini Ukraynaya göndərdi
Azərbaycan cümə axşamı elektrik avadanlıqlarından ibarət humanitar yardımın növbəti hissəsini Ukraynaya göndərib.
25 TIR-dan ibarət yük avtomobili karvanı Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Bu barədə Energetika Nazirliyinə istinadən məlumat verir.
“Humanitar yükə 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd transformator və komplekt transformator məntəqələri daxildir”, - nazirlikdən vurğulanır.
Ümumi dəyəri $7,6 milyon olan humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciətlər əsasında təşkil olunub.
Bu, humanitar yardımın sayca dördüncü partiyasıdır. Birinci partiya 30 oktyabr 2023-cü ildə, ikinci partiya - 21 noyabrda və üçüncü partiya - 8 dekabrda göndərilib.
Prezident İlham Əliyev 2023-cü ilin iyul ayında Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə $7,6 milyonun manat ekvivalentində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.