Ağsuda soyğunçuluq edən şəxs saxlandı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakininin üzərində olan əşyaların soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Məhəmməd Umudov saxlanılıb.
O, əməlini etiraf edib və faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə cinayət işi başlanılıb.