"Peşəkar media bu hallara öz mövqeyini bildirməlidir" - Rəşad Məcid
Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirb ki, Mətbuatımızın çiyninə böyük yük düşür.
O bildirib ki, media xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək: “Sosial mediada hansısa namizədlərə qarşı kompromatların olacağı şəksizdir. Peşəkar media bu hallara öz mövqeyini bildirməlidir. Seçki günü Mətbuat Şurasında qaynar xəttin yaradılması, Mətbuat Şurası üzvlərinin müxtəlif məntəqələrdə müşahidələr aparması bu seçkilərdə də davam etdiriləcək. 7 fevral da bir müddət sonra xalqımızın ən gözəl bayramlarından biri olacaq. Bütün dünya görsün ki, Azərbaycan xalqı seçki prosesinə biganə deyil. Buna görə də Azərbaycan mediası ən öndə getməlidir".
Mətləb