"İşğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır"
Azərbaycan Hotel Assosiasiyasının idarə heyətinin sədri Eldar Əlimuradov “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda çıxışı zamanı bildirib ki, bu il ölkəmiz COP29 sammitinə ev sahibliyi ilə turizm və qonaqpərvərlik sənayesinin yeni dövrünə qədəm qoyacaq.
“2022-ci il üzrə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757, nömrələrin sayı 27 312, çarpayı yerlərinin sayı 56 562 olub. Bu il bir neçə yeni brendinin də bu siyahıya qatılacağını və nömrə fondunun daha da artacağını gözləyirik. Təbii ki, bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir”.
O qeyd edib ki, tezliklə Qarabağda beynəlxalq investorlar tərəfindən hotel şəbəkələrinin olacağına inanır: “Artıq işğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır. Şuşa, Tərtər rayonunun Suqovuşan kəndinə və digər ərazilərə turist səfərləri təşkil edilir”.
Mətləb