Baydendən Putinə 300 milyard dollarlıq ZƏRBƏ!
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın Qərbdə dondurulmuş təxminən 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsinə imkan verən qanun layihəsini dəstəkləyib. Bu barədə Bloomberg agentliyi Milli Təhlükəsizlik Şurasının sənədinə istinadən məlumat yayıb.
Vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsi planlaşdırılır. ABŞ Milli Təhlükəsizlik Şurasının Senatın Xarici Əlaqələr Komitəsinə göndərdiyi sənəddə deyilir ki, administrasiya prinsipcə Rusiya vəsaitlərinin müsadirəsinə icazə verən qanunvericiliyi alqışlayır. Qanun layihəsi ABŞ-ın müvafiq icra qurumuna Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək.
Mətləb