3 güləşçimiz “Zaqreb Open” turnirində mübarizəyə başlayır
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir. Bu gün sərbəst güləşçilər çıxışlarını başa vuracaq, qadınlar isə mübarizəyə başlayacaqlar. Azərbaycan millisinin iki sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) qüvvəsini sınayacaq. Qeyd edək ki, ilk gündə 3 sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.
Mətləb