Ağcabədidə tapança satmaqda şübhəli bilinən Bakı sakini yaxalanıb
Tapança satmaqda şübhəli bilinən şəxs Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı “Makarov” markalı 1 ədəd tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mətləb