Prezident: "Yeni Laçın-Xankəndi yolunun çəkilməsi 23 aprel hadisələrinin təməlini qoymuşdu"
İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Məqsədimizin ölkəmizin suverenliyini tam bərpa etmək və burada yaşayan əhalini vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya biləcəyinə inandırmaq olduğunu xatırladan dövlətimizin başçısı bildirib: “Bizim niyyətimiz çox açıq, aydın idi və o təmaslar əsnasında bəzi müsbət addımlar da atılmışdır. Yəni ki, yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq”.