KÖHNƏ VERSİYA            

Prezident seçkiləri ABŞ-da xaosun başlanğıcı ola bilər

Image

ABŞ-da cari il noyabrın 5-də keçiriləcək prezident seçkiləri bu dəfə kəskin rəqabət, eyni zamanda müəyyən namizədlər üçün maneələrin yaradılması ilə müşayiət olunur. Elə bu fonda seçkilərin demokratik mühitdə olacağına indidən inam sarsılır. 

Ekspertlər hesab edir ki, əsas mübarizənin indiki prezident Co Bayden və sabiq dövlət başçısı Donald Tramp arasında gedəcəyi ehtimalı daha yüksəkdir. Lakin məhkəmə yolu ilə Donald Trampa çoxsaylı əngəllər yaradılması da diqqətdən yayınmır.

Bu arada Pensilvaniya ştatında kampaniyaya başlayan prezident Co Bayden ilk çıxışında keçmiş həmkarı Donald Trampı hədəfə alıb. Bayden builki seçkilərdə rəqibi olacağı gözlənilən Trampı Amerika demokratiyası üçün böyük təhlükə adlandırıb. O, prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayıb: “Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq”. Co Bayden seçiciləri ona səs verməyə çağırıb. Donald Tramp Ayova ştatında keçirilən mitinq zamanı bildirib ki, Co Bayden 2024-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi ölkəni məhv edəcək. Tramp bunun III Dünya müharibəsinə səbəb ola biləcəyindən ehtiyat edir: “O, ölkəyə çoxlu zərər gətirib. Qalan 10 ayda nə edə biləcəyini bilirsiniz. Üçüncü Dünya müharibəsinə gələ bilər. O hələ deyir ki, biz pisik”. ABŞ-ın keçmiş prezidenti səlahiyyət müddətində Rusiya boru kəmərindən imtina etdiyini qeyd edib və siyasi qərarlarında yumşaq olmadığını vurğulayıb: “Ağıllısansa, Çini də idarə edə bilərsən, Rusiyanı da”. O, həmçinin, Ukrayna və Yaxın Şərqdə münaqişələrə yol verməyəcəyini və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlaya biləcəyini təkrarlayıb. ABŞ prezidentliyinə namizəd izah edib ki, Co Baydendən fərqli olaraq, o, dünya liderləri ilə necə anlaşacağını bilir: “Putin məni bəyənib. Onunla anlaşıram. Nüvə silahı olan insanlarla ünsiyyət qurmaq yaxşıdır, elə deyilmi?”. Ayova ştatında seçicilərlə görüşən Tramp bunun ardınca Vaşinqtonda məhkəmə zalına gəlməli olub. Belə ki, vəkilləri üç hakimi onun 2020-ci il seçkilərini qanunsuz olaraq dəyişdirməyə çalışmaq ittihamlarından toxunulmazlığa malik olduğuna inandırmağa çalışır. Dinləmədən sonra jurnalistlərə açıqlama verən Tramp mühakimə olunacağı təqdirdə ölkədə qarışıqlıq olacağı barədə xəbərdarlıq edib: “Prezidentin toxunulmazlığı olmalıdır. Başqa bir şey də odur ki, mən heç bir səhv etməmişəm. Nəhayət biz qalib gəlirik”. 2024-cü ildə Respublikaçılar Partiyasının prezidentliyə namizəd olmaq üçün öndə gedən 77 yaşlı Trampın siyasi həyatında ikililik mövcuddur. O, seçki kampaniyası mitinqləri həyata keçirməklə yanaşı, dörd cinayət ittihamı üzrə görünməmiş 91 ittihamla üzləşib. 2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi, o cümlədən 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və sabiq ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb. Siyasətçi özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.

Trampdan bu il planlaşdırılan hər hansı bir cinayət məhkəməsində gündəlik olaraq iştirak etməsi tələb olunsa da, o, könüllü olaraq ABŞ Kapitoli binası və Ağ Evdən kənarda, Vaşinqtonun Federal Apellyasiya Məhkəməsi zalına getməyi seçib. Onun bu addımı Co Bayden və Ədliyyə Nazirliyinin xüsusi müşaviri Cek Smitin 2025-ci ilin yanvarında Ağ Evi geri almasına mane olmaq üçün siyasi intiqamla məşğul olduqlarına dair iddiasını vurğulamaq üçün açıq bir cəhddir. Smit Trampı müxtəlif yollarla qeyri-qanuni şəkildə səsverməni ləğv etmək planı hazırlamaqda, o cümlədən vitse-prezidenti Mayk Pensi Seçki Kollegiyasının səsverməsini təsdiqləmək üçün Konqres 6 yanvar 2021-ci ildə iclas keçirərkən Baydenin qələbəsini dəstəkləməkdən imtina etməyə inandırmaqda ittiham edib. Xatırladaq ki, Birləşmiş Ştatlarda prezidentlər 2020-ci ildə Baydenin 7 milyon səslə qələbə qazandığı ümumxalq səsverməsi yolu ilə seçilmir. Əksinə, ABŞ prezidentləri və onların vitse-prezidentliyə namizədləri 50 ştatda keçirilən səsvermə yolu ilə seçilir. Seçki Kollegiyasında ən çox seçici səsinə sahib olan ştatalar ən çox əhalisi olan ştatlardır. Trampın təxminən 2000 tərəfdarı üç il əvvəl Kapitoliyə girərək, polislə qarşıdurma yaradıb və Konqresin bəzi ofislərini qarət edib, Baydenin qələbəsinin Konqresdə təsdiqlənməsini gecikdirib. 1200-dən çox etirazçı həbs edilib, yüzlərlə insan artıq bir sıra cinayətlərə görə məhkum edilib. Baydenin təyin etdiyi hakimlər Mişel Çayldz və keçmiş Respublikaçı prezident Corc Buş tərəfindən təyin edilən Florens Pan iddia üzrə iş aparır. Trampın Vaşinqtondakı seçki saxtakarlığı işi martın 4-də başlayacaq. Tramp bütün işlərində məhkəmələri noyabr seçkilərinin sonuna qədər təxirə salmağa çalışır və əgər yenidən seçilsə, baş prokuroruna ona qarşı iki federal ittihamı ləğv etməyi əmr edə bilər. Elə bu fonda da mövcud ABŞ hakimiyyəti Trampın seçkilərə qatılmasını əngəlləməyə və bunu məhkəmə yolu ilə etməyə çalışır. Məhz bu da ABŞ demokratiyasına zərbə hesab olunur. Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031