KÖHNƏ VERSİYA            

Qərb Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması üçün hərəkətə keçdi

Image

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. Bu barədə Rusiyanın TASS agentliyinə məlumatlı mənbə bildirib.

Mənbə digər maraqlı açıqlamalar da verib: “Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, dövlət aparatının Rusiyaya dost şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir”. Qeyd edək ki, 1992-ci ildə imzalanmış “Ermənistan ilə Rusiya arasında Rusiyanın Ermənistan ərazisindəki sərhəd mühafizə qoşunlarının statusu və onların fəaliyyəti haqqında” sazişə əsasən rus sərhədçiləri bu ölkədədir.   Bu, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət edən Rusiya sərhəd qoşunlarının statusunu müəyyən edən və tənzimləyən dövlətlərarası sənəddir. Müqavilənin 3-cü maddəsində aşağıdakılar yazılıb: “Rusiya sərhəd qoşunları Türkiyə və İranla sərhədin mühafizəsi ilə bağlı olmayan başqa tapşırıqların (təbii fəlakətlərin, qəzaların və digər fəlakətlərin aradan qaldırılması istisna olmaqla) icrasına cəlb edilmir”.  Ermənistanın “Hetq” nəşri  isə bir müddət əvvəl yazmışdı ki, 44 günlük müharibədən sonra Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan təmas xəttində də yerləşdirilib ki, bu da razılaşmaya ziddir: “Müharibə başa çatdıqdan dərhal sonra, 2020-ci ilin noyabrında məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan təmas xətti yaxınlığında - Arazdəyəndə, Paruyr Sevakda (Ağrı vilayəti), Dığda, Mehridə və Sığırt yüksəkliyi yaxınlığında (Zəngəzur vilayəti) 5 sərhəd mühafizə məntəqəsini yerləşdirib. Çox keçməyib ki, bunlara, xüsusən Zəngəzur və Tavuşda yeni dayaq məntəqələri əlavə edilib”. Ötən ay isə israilli blogger, Ermənistanın böyük dostu Aleksandr Lapşin Ermənistandakı rus sərhədçilərini azərbaycanlılara məlumat sızdırmaqda ittiham edib: “Bu barədə düşünməyə bilmirəm. Təl-Əvivdə sərhəd nəzarəti kabinələrində əyləşənlər İsrail miqrasiya polisi  yox, məsələn, çinlilər, amerikalılar, argentinalılar olsaydı, mən nə hiss edərdim? Bir ölkəyə giriş-çıxışa bu ölkənin hakimiyyət orqanlarından başqa heç kimin nəzarət etmək hüququ yoxdur. Amma mən Ermənistanın paytaxtı İrəvandan uçarkən mütəmadi olaraq rus sərhədçiləri, daha doğrusu, slavyan görünüşlü ruslar tərəfindən aparılan pasport yoxlamasından keçirəm. Bəs giriş-çıxış zamanı sərhədçiyə verilən məlumatlar  hara ötürülür? Çox yaxşı bilirəm ki, Ermənistan sərhədini keçməyimiz barədə məlumatlar Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə açıqdır. Azərbaycan təhlükəsizlik qüvvələrinin əlində təkcə onun deyil, Ermənistana səfər etmiş yüzlərlə digər sərnişinlərin, yəni həm Ermənistan vətəndaşlarının, həm də turistlərin məlumatları var. Bütün məlumatları isə Rusiya Federasiyası alır. Rusiyanın əldə etdiyi məlumatların bundan sonra hara ötürüldüyünü təxmin etmək çətin deyil”.

Ümumiyyətlə, son dövrlərdə erməni mediasında rus sərhədçiləri barədə çoxsaylı ittihamlara rast gəlmək mümkündür. Bunlar da təsadüfi deyil. Ekspertlər hesab edir ki, İrəvan həmin sərhədçilərin çıxarılması, onların Qərbdən olan hərbçilərlə əvəzlənməsi üçün zəmin hazırlayır. Hazırda Qərbi Avropa İttifaqının timsalında Ermənistan ərazisində fəaliyyət göstərən monitorinq missiyası təmsil edir. Rusiyanın burada daha təsiredici varlığı var: Gümrüdəki hərbi baza, Ermənistanın İran və Türkiyə ilə sərhədində xidmət edən sərhədçilər. Bundan əlavə, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti cavabdeh olmalıdır. Moskva Rusiya və Azərbaycan prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edir. Bəyanatın 9-cu bəndində deyilir: “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir”. Amma bu məsələ Moskva ilə İrəvan arasında ciddi mübahisə predmetinə çevrilib. İrəvan bəyan edir ki, hər bir ölkə öz ərazisində öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edir. Hətta baş nazir Nikol Paşinyan Ermənistan ərazisində bütün kommunikasiyaların təhlükəsizliyini təmin edəcək Ermənistan təhlükəsizlik qüvvələrinin xüsusi bölməsinin yaradılmasını da açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhindən belə çıxır ki, Moskva Ermənistan ərazisində sərhədçilərin olması üçün mübarizə aparmaq niyyətindədir: ”Üçtərəfli razılaşmalara əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinə nəzarəti həyata keçirməyə çağırılır”. İndi Qərbin yardımı ilə Ermənistan rus sərhədçilərini ərazisindən çıxara bilsə, dəhlizə nəzarəti də ruslar edə bilməyəcək. Bu və digər məqamlar Qərbin də marağına cavab verir. O səbəbdən Qərb rus sərhədçilərini Ermənistandan çıxarmağa çalışır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031