KÖHNƏ VERSİYA            

İrəvan “Naxçıvan tranzitini" Zəngəzur dəhlizində yeni problemə çevirdi…

Image

Elşad Həsənov: “Biz hələ ki, səbr, siyasi iradə göstəririk”

Artıq Naxçıvana Zəngəzur üzrərindən yolun açılması  üçün Kalininqrad modelindən danışılmağa başlanıb. Azərbaycan Ermənistanın imtina etdiyi Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyini bir daha bəyan edib. 

Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını (MR) Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə edərkən bildirib ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: "Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq".

Prezidentin köməkçisi Kalininqrad modelindən də danışıb. Bildirib ki, Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi: “Biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq...".

Göründüyü kimi, Ermənistan Zəngəzur dəhlizinin açılmaması ilə bağlı ağlına gələn bütün əsassız bəhanələri gətirməklə məşğul olur. Hətta Azərbaycanın təqdim etdiyi unukal Kalininqrad modelindən də imtina edir. Ermənistan bu imtinaları Zəngəzur dəhlizinin açılmasına nə kimi əngəllər yarada bilər?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəli, biz Zəngəzur dəhlizinin açılmasını istəyirik: “Zəngəzur dəhlizi 2020 - ci il 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapıb. Orada olan bütün bəndlər həll oldu. Yadınızdadırsa, 4 - cü bənddə deyilirdi ki, Qarabağ ərazisində olan qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasını rus sülhməramlıları etməlidir. Ancaq bu baş vermədi. Son nəticədə üç ildən sonra Azərbaycan ordusu bir günlük lokal antiterror əməliyyatı ilə məsələni yerinə yetirdi. Qaldı 9-cu bənd -  Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirən yolun açılması. Yəni Zəngəzur dəhlizinin açılması. Ermənilər Qərbdə, Amerikada böyük təbliğat apardılar ki, güya Azərbaycan hücuma hazırlaşır və Zəngəzur dəhlizini zor güc ilə işğal etmək istəyir. Buna cavab olaraq isə Azərbaycan Prezidenti bildirdi ki, xeyr, biz ora minik maşınları ilə gedəcəyik. Əgər, ermənilər istəmirlərsə, biz başqa alternativ yollardan istifadə edəcəyik. Doğrudan da, İran ərazisindən keçməklə Naxçıvana yeni bir yolun açılması ilə bağlı işlər gedir. Biz bu işi edəndən sonra ermənilər əl-ayağa düşdülər. O cümlədən Qərb də, Amerika da Orta Dəhlizin İran, Zəngəzur ərazisindən keçməsinin vacibliyini bildirdilər. Onlar bu yolun çəkilməsində maraqlı olduqlarını desələr də, həmin yolla Rusiya Federal Təhlükəsizlik Xidmətinin yox, Ermənistanın özünün nəzarət etməli olduğunu irəli sürürlər. Bunun üçün xüsusi idarə də yaratdılar. Ancaq bu məsələ tam həllini tapmayıb. Azərbaycanın irəli sürdüyü layihələr çox vacibdir. Bu, dünyada qəbul olunmuşdur. Eyni zamanda, sülh müqaviləsi bağlanandan sonra Ermənistanın da Azərbaycan ərazisində olan ən böyük magistral yolu Qazax ərazisindən keçməklə İcevana daxil olur. Bu ərazi də bizdən keçir. Uzun illər sovet dönəmində həmin yol ittifaq əhəmiyyətli idi. O yoldan da ermənilər geninə-boluna istifadə edirlər. Həmin yoldan Ermənistana gedən yüklərə gömrük nəzarətindən də danışılacaq. Mən hesab edirəm ki, Zəngəzur dəhlizi açılacaq. Bu, Ermənistanın özünə də lazımdır. Artıq Ermənistanın tərəfdaşı Amerika dəfələrlə bəyan edib ki, bu yol açılmalıdır. Bizim üçün isə bunun da müəyyən əhəmiyyəti var. Alternativ yol kimi biz bu yoldan istifadə edəcəyik.

Bundan əlavə, Türkiyənin yollar naziri  bu günlərdə öz çıxışında bildirdi ki, bu yolun açılması 2028 - ci ilə nəzərdə tutulur. Türkiyə öz ərazisində, 224 km ərazidə artıq işlər aparır. Ermənistan ərazisində isə 43 km - dir. Ancaq bəzi qüvvələr, İranın Ermənistanda olan səfiri buna mənfi reaksiya verdi və bildirdi ki, dəhlizin açılması İranın milli maraqlarına ziddir. Yəni bu haqda hələ ki, danışıqlar gedir. Bu yolun açılmasında üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsində biz maraqlıyıq. Yadınızdadırsa, Azərbaycan Prezidenti çıxışlarının birində bildirdi ki, Zəngəzur dəhlizi açılacaq. Mən də inanıram ki, Azərbaycan Prezidenti verdiyi sözə hər zaman əməl edib, onun dediyi söz həmişə yerinə yetib. Biz hələ ki, səbr, siyasi iradə göstəririk. Bu layihə üzərində iş gedir. Zəngəzur dəhlizi birbaşa ermənilərə daha çox iqtisadi - siyasi dividend gətirən bir layihədir. Ermənilər biz İran ərazisindən Naxçıvana yol üzərində işə başladıqdan sonra başa düşdülər ki, bu layihədən geri qalsalar nə qədər çox şey itirəcəklər. Sadəcə, orada müəyyən detallar var. Həmin dəhlizə Rusiya sərhəd qoşunları, Federal Təhlükəsizlik Xidmətinin nəzarəti mübahisəlidir. Onlar buraya ermənilərin nəzarət etməsini istəyirlər”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031