KÖHNƏ VERSİYA            

Ermənilərin Gürcüstan üzərindən Rusiya ilə "parom ticarət" layihəsi də iflasa uğradı...

Image

Elşən Əliyev: “Bütün bunlar onu göstərir ki, ABŞ-ın Ermənistanla münasibətlərdə iqtisadi rolunun artması həm də siyasi məqsədlərə bağlıdır”

Yuxarı Lars keçid məntəqəsinə alternativə çevrilməli və Ermənistan yüklərinin Gürcüstan üzərindən Rusiyaya çatdırılmasına imkan verməli olan bərə xidməti bir neçə ay ərzində fəaliyyətə başlasa da, ixracatçı və idxalçılar arasında kifayət qədər maraq doğurmadı. 

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib:

“2023-cü ilin mayında Novorossiysk-Batumi-Novorossiysk marşrutu ilə Rusiya və Gürcüstan arasında dəniz yolu ilə yükdaşımalara başlanıb. Layihə Ermənistan hakimiyyəti tərəfindən maliyyələşdirilib. Biz bir müddət bərə marşrutu ilə xidmət göstərdik, lakin hadisələr göstərdi ki, biz əsas səylərimizi digər ölkələrə ixracı intensivləşdirməyə yönəltməliyik. Bizim qiymətləndirməmizə görə, (layihə) ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq yaratmayıb. Və biz özümüzü və tərəfdaşlarımızı bu proqramı davam etdirməyə inandıra biləcəyimiz şəkildə bu bərədən istifadə edən ixrac edən və idxal edən şirkətləri görmədik”.

Nazirin sözlərinə görə, Rusiya 2023-cü ildə Ermənistanın ən böyük ticarət tərəfdaşı olmaqda davam edib, lakin onun ümumi ticarət dövriyyəsindəki payı bir qədər azalıb. “Sonra Birləşmiş Ərəb Əmirlikləri, Çin, Gürcüstan və ABŞ gəlir. Sonuncu (ölkə) ilk dəfədir ki, bu siyahıdadır”.

Ermənistanın bu layihəsinin iflasa uğraması ilə bağlı verilən rəsmi açıqlamada diqqət çəkən bəzi vacib məqamlar da var. Məlum olur ki, siyasi müstəvidə aralarındakı gərginliyə rəğmən Ermənistanla Rusiya arasında geniş ticarət  dövriyyəsi var. Ən maraqlısı isə budur ki, Ermənistandan  qat-qat uzaqlarda olan və ticarət tərəfdaşlığı üçün əlverişli mövqedə olmayan ABŞ-la həmin ölkənin ticarət münasibətlərində ciddi artım müşahidə edilir.

Xüsusilə də müharibədən sonra, Ermənistanla ticarət əlaqələrində öz yerini Rusiyaya güzəştə getməsi maraqlı tendensiya deyilmi?

İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın uzun illərdir apardığı xarici siyasət ölkəni regiondakı bir sıra nəqliyyat layihələrindən kənarda

 qoyub: “Bu səbəbdən də baş nazir Nikol Paşinyan  Tiflisdə keçirilən “İpək Yolu” forumunda çıxışı zamanı “Sülh kəsişməsi” layihəsini ortaya atıb. Əslində, bu layihə uzun müddətdir heç kəsin üzünə belə baxmadığı “erməni qovşağı”nın adı dəyişdirilmiş formasıdır. Paşinyan komandası layihənin reallaşa bilmə analizini aparmaqdansa, onun reklamı ilə məşğul olmağı üstün tutub. Amma bu, sadəcə daxili auditoriya üçün hesablanmış şoudan başqa bir şey deyildi. Təsadüfi deyil ki, uzun müddət qoltuğunda xəritə ilə Avropanı gəzən hökumət üzvləri heç bir müsbət rəy və təklif almayıblar. Ermənistan İranla bir layihə üzərində işləyirdi. Öz ərazisindən keçməklə İranı Qara dənizə çıxaracaq yolun inşasını ortaya atmışdılar. Rentabelli olmadığı üçün  İran bunu təxirə saldı. Çünki İranın böyük ərazisi var və dünyaya, okeana çıxışı bir neçə istiqamətdən təmin edilir. Özünü təcrid vəziyyətinə salmış Ermənistana isə dünyaya çıxış çox lazımdır. Ermənistan müharibədən sonra da qeyri-konstruktivlik nümayiş etdirir. Əslində onun dünyaya çıxışını yaxın qonşuları olan Türkiyə və Azərbaycan təmin  edə bilər. Ancaq Ermənistan yenə də bu əməkdaşlıqdan yayınır.  Zəngəzur dəhlizi ilə bağlı müxtəlif bəhanələr gətirir. Qış aylarındakı qar səbəbindən onun  Yuxarı Lars yolundan istifadəsi də məhdudlaşır. Hazırda belə vəziyyət hakimdir. Gürcüstan üzərindən parom ticarəti də effektsiz oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Gürcüstan yaxın qonşuları olan Türkiyə və Azərbaycanla münasibətləri tam normallaşdırmasa iqtisadi blokadadan çıxa bilməyəcək. Onun üçün ən optimal yol budur”.

Ekspertin sözlərinə görə, ABŞ Ermənistanı Rusiyadan qoparmaq üçün ona hər cür dəstəyi vəd edir:

“ 1. Ermənistanın dizel yanacağı və lazımi enerjidaşıyıcılarla təminatı;

2. “Metsamor” Atom Elektrik Stansiyasının Rusiyadan alternativ nüvə yanacağı ilə təmin edilməsi (hazırda bu təminata “Rosatom” cavabdehdir). Birləşmiş Ştatlar, həmçinin, AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır;

3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təminatı;

4. Ehtiyac yaranacağı təqdirdə, Ermənistanın internet provayderləri ABŞ-nin peyk interneti ilə təmin olunacaqlar;

5. Rusiyanın mümkün kəskin sanksiyaları nəticəsində xarici valyuta kəsiri yaranarsa, Birləşmiş Ştatlar Ermənistanda valyutanın mümkün defisitini qarşılamağa hazırdır;

6. Ermənistan ordusu lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, ölkənin təhlükəsizlik orqanları, o cümlədən polisi lazımi texniki dəstək alacaq.

Bütün bunlar onu göstərir ki, ABŞ-ın Ermənistanla münasibətlərdə iqtisadi rolunun artması həm də siyasi məqsədlərə bağlıdır”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031