KÖHNƏ VERSİYA            

"Bakı İrəvana təcavüz edə bilər" - BBC-nin “peyğəmbərliyi"...

Image

“BBC zaman-zaman Azərbaycana qarşı dezinformasiyalar yaymaqda “şücaət” göstərib”    

Azərbaycanla heç cür ulduzu barışmayan BBC daim antiazərbaycan mövqeyi tutub. Yayımladığı “2024-cü ili hansı xoşagəlməz sürrprizlər gözləyir? Bakı erməni torpaqlarına təcavüz edə bilər” sərlöhvəli məqalədə BBC iddia edir ki, 2024-cü ildə təhlükəli və partlayışa səbəb ola biləcək situasiyaların arasında müharibədən sonra yaranmış vəziyyət də var, Azərbaycan öz esklavı olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini bərpa etməyə can atır. 

“...Partlayışa səbəb  ola biləcək situasiyalar arasında Ermənistanla Azərbaycan arasında qarşıdurma da var ki, bu qarşıdurmada Bakı Qarabağ müharibəsindəki qələbədən sonra öz uğurlarını möhkəmləndirməyə və Azərbaycanın əsas hissəsini öz eksklavından ayıran Ermənistan torpaqlarına təcavüz etməyə cəhd edə bilər” - deyə BBC iddia edib. Münəccimlik eşqinə düşən ermənipərəst BBC Azərbaycanın Ermənistana “təcavüz edəcəyini” iddia edir. Qaşınmayan yerdən qan çıxarmağa çalışan bu media orqanı bir dəfə də olsun Ermənistanın Azərbaycana təcavüzünü pisləmədi, indi ermənidən çox erməni olub Azərbaycan barədə dezinformasiya yayır.  

“BBC-nin bu yanaşması kökündən yanlışdır, Azərbaycanın atdığı addımlarla heç uyuşmur, yaxından-uzaqdan dövlətimizin mövqeyi ilə kəsişmir...” 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, BBC-nin münəccimlik etməsi gülüncdür. “Əslində, belə qərəzli münəccimlik edənlər çoxdur. Yaxşı olardı ki, ədalətli, obyektiv, neytral münəccimlik edəydilər. Amma mən bunu münəccimlikdən daha çox, hazırkı dönəmdə Azərbaycanın uğurlarının, qələbələrinin, inkişafının fonunda antiazərbaycan mövqeyi tutmaqda yarışa girən tərəflərdən biri kimi təşəbbüslərin ortaya qoyulması hesab edərdim.  Sanki BBC də antiazərbaycan yarışına girib. Proqnoz verməyin, münəccimlik etməyin özünün qaydaları var, o da nəyəsə əsaslanmalıdır, orada nəyəsə istinad edilməlidir. Əsaslandırma olmadan, konkret əsaslı istinad olmadan belə fikirlərin səsləndirilməsi qərəzin yönəldildiyi tərəf üçün elə bir təsirə malik olmur. Əksinə, bu mövqeyi bildirən BBC kimi media qurumlarının, digər beynəlxalq aləmdə fəaliyyət göstərən təşkilatların və dövlətlərin imicinə xələl gətirir” - deyə qeyd edən X.Bəşirov hesab edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı yeni reallıqları həzm edə bilməyən, qəbul etmək istəməyən tərəflər çoxdur, bunlardan biri də məhz BBC-dir. “BBC zaman-zaman Azərbaycana qarşı dezinformasiyalar yaymaqda “şücaət” göstərib. Keçən əsrin 90-cı illərinin əvvəllərində azərbaycanlıların özlərinin dədə-baba yurdlarını vəhşiliklər, vandallıqlar, ölümlər qarşısında tərk etmək məcburyyətində qaldığını əks etdirən o görüntüləri gizlədən BBC Azərbaycan ərazilərindən könüllü köçüb gedən, Azərbaycanın çağırışlarına baxmayaraq komfort şəraitində çıxıb gedən ermənilərin görüntülərini “etnik təmizləməyə məruz qalanlar”, “vəhşilik qurbanları” kimi qələmə verirlər ki, guya onlar məcburən ev-eşiklərini tərk ediblər. Bu da antiazərbaycan mövqeyidir. BBC həqiqətən də 90-cı illərin əvvəllərində Azərbaycanın 1 milyona yaxın insanına qarşı törədilən o vəhşilikləri zamanında öz ekranlarından göstərsəydi, daha ədalətli, şəffaf informasiya versəydi biz onun addımlarını tərəddüdlə qarşılamazdıq, qərəzsizliyinə şübhə etməzdik. Amma bilirik ki, bunu etməyən BBC bu gün Azərbaycana qarşı dezinformasiya püsgürməyə cəhd göstərir. Eyni zamanda belə münəccimliyin edilməsi, siyasi proqnozların verilməsi özü də çox ciddi arqumentlər tələb edir”. X.Bəşirov qeyd etdi ki, BBC-nin heç bir arqumenti yoxdur. X.Bəşirov vurğuladı ki, 44 günlük müharibə zamanı Azərbaycan bunu etmədi və dövlətimiz Ermənistandan fərqli olaraq təcavüzkar deyil. Onun sözlərinə görə, Ermənistan dəfələrlə Azərbaycana qarşı təxribatlar törədib, ən ciddi təxribatlardan biri isə 12-14 sentyabr tarixlərində sərhədboyu ərazlərdə olmuşdu. Azərbaycan Murov dağından başlayaraq Araz çayına qədər sərhədboyu ərazilərdə strateji yüksəklikləri nəzarətə götürdü. Həmin o dönəmdə bizim əlimizdə kifayət qədər imkan, əsas vardı   ki, Ermənistan Azərbaycana qarşı təxribat törədib, biz Ermənistanın təxribatlarına cavab olaraq bu gün BBC-nin münəccimlik etdiyi məsələni o zaman həyata keçirə bilərdik. Niyə etmədik? Yaxud 19-20 sentyabr tarixlərində Azərbaycan 23 saatlıq antiterror tədbirləri həyata keçirdi. Həmin o dönəmdə də biz onu edə bilərdik. Biz bunu etmədik. Yəni bu gün antiazərbaycan mövqeyini fərqli formalarda ifadə edən  o təxribatçı, Cənubi Qafqazda sülhün tərəfdarı olmayan o  qüvvələrin iddia etdiyi o məqamları reallaşdırmağa dəfələrlə imkanımız olsa da, biz bunu etməmişik, Azərbaycan buna getməyib. Ona görə getməyib ki, Azərbaycanın davası, mübarizəsi, müharibəsi yalnız və yalnız öz ərazi bütövlüyünü təmin etməklə bağlı olub. Azərbaycanın apardığı mübarizə beynəlxalq səviyyədə ərazilərimizin tanınması və qarşılıqlı şəkildə bu ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə əlaqədar olub. Ona görə də bizə qarşı səsləndirilən bu dezinformasiyanın heç biri bizə yapışmır. Bu, əslində Azərbaycanla bağlı heç bir şeyi dəyişmir, əksinə, bir daha BBC-nin beynəlxalq səviyyədə nə dərəcədə dezinformasiya siyasəti ilə məşğul olduğundan, kimlərinsə maraqlarına xidmət edən bir media qurumu olduğundan xəbər verir. Biz bir daha belə qurumların çirkin kampaniyalarını ifşa etmiş oluruq. Ona görə düşünürəm ki, BBC-nin bu yanaşması kökündən yanlışdır, Azərbaycanın atdığı addımlarla heç uyuşmur, yaxından-uzaqdan dövlətimizin mövqeyi ilə kəsişmir, əksinə, bizim mövqeyimizlə daban-dabana ziddir. Düşünürəm ki, Azərbaycana qarşı belə əsassız ittihamlar səsləndirməklə əslində belə qüvvələr kimlərinsə maraqlarının təsiri altına düşənlərdir. Bunlar isə Azərbaycanın qazandığı qələbənin, Cənubi Qafqazda formalaşdırdığı reallıqların, Qafqaz evi yaratmaqla bağlı Prezident İlham Əliyevin təşəbbüslərinin üzrindən xətt çəkmək, onu kölgə altına almaq cəhdləri ilə bağlıdır. Hesab edirəm ki, bu, prosesi müəyyən qədər uzada bilər, amma prosesin qarşısını ala bilməz. Azərbaycan 2020-ci ilin 27 sentyabrından Cənubi Qafqazda start verdiyi sülh prosesinə tam şəkildə nail olacaq...” - deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031