HƏMAS lideri müsəlman ölkələrindən silah istədi - bu təkcə bizim döyüşümüz deyil...
HƏMAS hərəkatının silasi bürosunun rəhbəri İsmayıl Haniyə bəyan edib ki, müsəlman ölkələri qruplaşmanı daha fəal dəstəkləməli və İsrail ordusuna qarşı mübarizə aparmaq üçün silahla təchiz etməlidirlər.
"Biz bəzi ölkələrin işğalçını silahla təchiz etdiyini görürük. (...) Müsəlman ölkələrinin müqavimət hərəkatını silah tədarükü ilə dəstəkləmələrinin vaxtı gəlib, çünki bu təkcə Fələstin xalqının döyüşü deyil", - Yaxın Şərq mediası hərəkat liderinin sözlərindən sitat gətirir.
Dohada keçirilən konfransda çıxış edən Haniyə həmçinin qeyd edib ki, İsrail Qəzza zolağında 100 günə yaxın əməliyyat zamanı «öz hədəflərindən heç birinə nail ola bilməyib».