"Berlin İrəvana Rusiya əleyhinə addımlara görə maliyyə yardımı təklif edib" - KİV
Almaniya İrəvana Rusiya əleyhinə addımlara görə maliyyə yardımı təklif edib. Trend xəbər verir ki, bu barədə Rusiya KİV mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Berlin rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxmasında maraqlıdır.
Bundan başqa, mənbələrin məlumatına görə, Almaniya Ermənistan hakimiyyətinin dövlət aparatını Rusiya ilə dost münasibətdə olan şəxslərdən təmizləməsini, o cümlədən, silahlı qüvvələrin, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının lüstrasiyasını istəyir.
"Əvəzində isə Berlin İrəvana maliyyə-texniki yardım göstərəcək, eləcə də, Nikol Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi miqrasiyasının qarşısını almaq səylərini dəstəkləyəcək", - deyə mənbə qeyd edib.