KÖHNƏ VERSİYA            

Bu il xeyli sayda insanın əmək haqları artacaq, lakin...

Image

“2023-cü ildə müzakirə etdiyimiz məsələlərdən biri də sertifikasiyada yüksək maaş mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıldı, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi olaraq təkliflərimizi təqdim etdik”. Bu sözləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu il də təhsilə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınıb: “Daha çox vəsaitin təhsilə yönəldilməsi sertifikasiyada qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinə imkan yaradıb. Buna görə də bu istiqamətdə müzakirələr, eyni zamanda rəsmi səviyyədə mexanizmlərin hazırlanmasıyla bağlı yeni təkliflərin təqdimatı gündəmdə qalacaq. Çalışacağıq ki, 2024-cü ildə də bu istiqamətdə müzakirələrin genişləndirilməsi bütövlükdə yeni və təkmil mexanizmin yaradılmasına imkan yaratsın. Söhbət təbii ki, 50 və daha yüksək bal toplamış müəllimlərimizin maaş artımlarından, 48-dən çox bal toplamış müəllimlərimiz üçün isə 35%-lik artımın tətbiq edilməsindən gedir. Eyni zamanda 30-dan yüksək bal toplamış müəllimlərimiz üçün də yeni mexanizmin tətbiqi məqsədəuyğundur. Müsahibə mərhələsində nəticələrin nəzərə alınması da olduqca vacibdir”. O qeyd edib ki, dövlət, eləcə də, neft sektorunda çalışan vətəndaşlarımız minimum əməkhaqqı aldığı təqdirdə onların əməkhaqları vergiyə cəlb olunur: “Xüsusilə nəzərə alsaq ki, dövlət sektorunda minimum əməkhaqqı ilə çalışan vətəndaşlarımızın sayı elə də az deyil. Bu baxımdan, həmin əməkhaqqının vergidən azad edilməsi onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Belə ki, mövcud qaydalara əsasən, 345 manat minimum əməkhaqqı alan vətəndaşın əməkhaqqından 20 manat 20 qəpik gəlir vergisi çıxılır. Eyni zamanda, təxminən 10 manatdan bir az artıq sosial vergi çıxılır. Nəticə etibarilə 345 manatdan 200 manat çıxılır, qalan 145 manat 14 faiz gəlir vergisinə cəlb edilir. Bizim təklifimiz ondan ibarətdir ki, bu halda 345 manatdan 200 manat çıxılmasın, vergidən azad edilən hissə 345 manat olsun. Bu, bir tərəfdən minimum əməkhaqqı alan vətəndaşlarımızın aldığı real əməkhaqqı məbləğinin yüksəlməsinə gətirib çıxara bilər”. Burada qeyd edək ki, ölkədə dövlət və qeyri-dövlət sektorunda çalışanların gəlirləri vergiyə fərqli şəkildə cəlb edilir. Qeyri-dövlət və qeyri neft-qaz sektorunda çalışanların maaşı (8 min manatadək olduqda) 2026-cı ilədək gəlir vergisindən azad edilib. Uyğun qanunlara görə, dövlət sektorunda və neft-qaz sektorunda çalışanlarsa 14 faiz gəlir vergisi ödəyir (gəlirdən 200 manat çıxılmaqla). Burada yaşayış minimumu məsələsinə də xüsusi toxunmaq lazım gəlir. Yaşayış minimumu haqqında qanuna əsasən,  minimum əməkhaqqı məbləği, müavinət və təqaüdlər, digər ödəniş və ünvanlı dövlət sosial yardımı təyin edilərkən ehtiyac meyarının müəyyənləşdirilməsi yaşayış minimumuna əsaslanır. Bu il yanvarın 1-dən Azərbaycanda ölkə üzrə yaşayış minimumu 270 manatdır. Ötən il həmin minimum 246 manat idi. Deməli, hökumət yaşayış minimumunu artırmaqla insanların xərclərinin artmasını təsdiqləyir. Bu fonda Azərbaycanda minimum əməkhaqqının inflyasiya qədər artması da diqqət mərkəzindədir.

Son açıqlanan göstəricilərə görə, Azərbaycanda orta aylıq əməkhaqqı 921 manatdır. Minimum maaşın 345 manat olması o deməkdir ki, hazırda ölkədə minimum əməkhaqqı orta aylıq maaşın 37 faizidir. Hökumət bu göstəricini 60 faizə çatdırmağı hədəfləyir.  Minimum maaşın effektiv sosial siyasət alətinə çevrilməsi üçün əsas şərtlərindən biri bu məbləğin əhalinin real minimum ehtiyaclarını ödəyə bilməsidir. “Azadlıq” radiosu bu fonda diqqəti bir məqama çəkərək bildirir ki, çox sayda ölkənin təcrübəsində minimum əməkhaqqının təyin edilməsində iştirakçılıq müxtəlif formalarda təmin edilir. Məsələn, bəzi ölkələrdə minimum əməkhaqqı hökumətin, işçilərin (həmkarlar ittifaqları) və işəgötürənlərin (sahibkarlar ittifaqları) nümayəndələrindən ibarət komissiya tərəfindən müzakirələrlə müəyyənləşdirilir. Bəzi ölkələrdə minimum əməkhaqqı parlamentdə ciddi müzakirələr nəticəsində formalaşır, başqalarında hər sahədə fəaliyyət göstərən həmkarlar ittifaqı müstəqil şəkildə həmin sahədə minimum əmək haqlarının müəyyənləşdirilməsinə qatılır. Azərbaycanda bu mexanizmlərin heç biri tətbiq edilmir. Hesab edilir ki, perspektivdə ölkəmizdə də belə təcrübələrdən istifadə oluna bilər. Minimum əməkhaqqı mexanizminin işləkliyi baxımından digər vacib amil bu mexanizmin nə qədər şəxsi əhatə etməsidir. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı 5.3 milyon nəfərə yaxındır. Minimum əməkhaqqı artımının ən azı 600 min nəfərin gəlirinə təsir etməsi o deməkdir ki, dövlət sektorunda minimum əməkhaqqının vergidən azad edilməsi əhalinin təxminən 8 faizinin gəlirinə təsir göstərə bilir. Bu göstəricinin aşağı olmasının əsas səbəbi Azərbaycanda muzdlu (əmək müqaviləsi və aylıq maaşla çalışan) işçilərin say azlığıdır. İndi ölkədə 1.7 milyon muzdlu işçi var, yəni rəsmi əmək müqaviləsi ilə çalışanlar iqtisadi fəal əhalinin cəmi üçdə biridir (33 faiz). Amma bu göstəricinin də ənazı iki dəfə artırlması olduqca mühümdür. Bu halda əmək haqları yüksək olan insanların da sayında daha çox artım gözlənilir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031