KÖHNƏ VERSİYA            

“Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycana nə qazandıracaq...

Image

“Günəş enerjisi ilə işləyən lampaların istifadəsi ilə bağlı da müəyyən işlərin görülməsi nəzərdə tutulur” 

Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.  Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sərəncama əsasən, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bu il Azərbaycanda yaşıl enerjiyə keçid sahəsində bəzi gözləntilər var. Məsələn, yaşayış binlarının üstündə günəş enerji batareyalarının quraşdırılması, günəş enerji lampalarının istehsalı kimi məsələləri vurğulamaq olar. Küçələrin işıqlandırılması üçün gecələr yanan və gündüzlər sönən lampalar var ki, onların milli istehsalını qurmaq kimi məsələlər aktualdır. Bu kimi sahələrdə nə kimi irəliləyişlər ola bilər? Bu məsələlər həll oluna bilərmi? Xüsusən də günəş enerji batareyaların milli istehsalı sahəsində nə kimi gözləntilər var?

“İnanıram ki, bu istiqamətdə də...”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Bakıda keçirilməsinə qərar verildiyindən hökumət rəsmiləri yaşıl iqtisadiyyat məsələsindən daha çox danışmağa başlayıblar. İstər-istəməz, sual doğur: indiki dövrdə Azərbaycan iqtisadiyyatı yaşıl iqtisadiyyatın tələblərinə nə qədər cavab verir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda toplam 26 milyard 487 milyon kVt/st enerji istehsal edilib. Bu qədər enerjinin 93 faizi istilik elektrik stansiyalarının payına düşüb. Ölkənin elektrik enerjisi istehsalında su elektrik stansiyalarının payı 6 faizə yaxındır. Külək və günəş enerjisinin enerji istehsalında payı isə 1 faiz civarındadır.

Müqayisə üçün bildirək ki, Beynəlxalq Energetika Agentliyi 2023-cü ildə dünya elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 29 faizə çatacağını proqnozlaşdırır”-deyə bildirdi.

A.Nəsirli qeyd etdi ki, göründüyü kimi, Azərbaycanda indiyə qədər olan real vəziyyət belədir. Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyasını, yəni istixana təsiri olan qazların atmosferə atılmasını 30, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq barədə öhdəlik götürüb. A.Nəsirli vurğuladı ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün qarşıdakı illər ərzində Azərbaycan hökuməti bərpa edilən enerji mənbələrindən alınan enerjinin miqdarını artırmalı və ümumi enerji istehsalında onun xüsusi çəkisini yüksəltməlidir.  “Bunun üçün dövlət bərpa olunan mənbələrdən alınan enerji istehsalını genişləndirməlidir, kütləvi şəkildə günəş panelləri quraşdırılmalıdır, külək enerjisindən istifadə genişləndirilməlidir, su elektrik stansiyalarının sayı artırılmalıdır. Yalnız bunlarla da kifayətlənilməməlidir. Vətəndaşların, cəmiyyətin bu məsələyə dəstək verməsi üçün hökumət şərait yaratmalıdır. İnanıram ki, bu istiqamətdə də işlər görüləcək. Hesab edirəm ki, ölkə daxilində günəş enerjisi panelləri istehsal edilməli və onun kütləvi satışına başlanılmalıdır.  Yaxud hələlik bunun idxalı da mümkündür. Amma yaxşı olar ki, Azərbaycan daxilində keyfiyyətli günəş panellərinin istehssalına başlanılsın. Əhalinin bu günış panellərini öz fərdi təsərrüfatlarında quraşdırması təbliğ edilsin ki, vətəndaşlar bu panelləri alsın, quraşdırsın və ümumi mənbədən alınan elektrik enerjisinin sərfiyyatı bununla azalsın. Digər tərəfdən, günəş enerjisi ilə işləyən lampaların işqılandırma üçün açıq havada istifadə edilməsini geniş təbliğ etmək vacibdir.  Günəş enerjisi ilə işləyən lampaların istifadəsi ilə bağlı da müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Yeri gəlmişkən bir məsələni qeyd etmək istəyirəm. Sadə üsullarla  istilik almaq metodları var. Məsələn, fərdi evlərdə hamam çənləri quraşdırılır və həmin çənlərin üst hissəsi böyüdücü lupa ilə təchiz edilir və o böyüdücü lupanın günəşdən aldığı enerji sayəsində su sadə üsulla qızdırılır, hamamda, məişətdə istifadə edilmək üçün yararlı bir tempraturda ola bilir.  Bu təbliğ olunmalıdır. Bu üsul Türkiyədə geniş yayılıb. Lupalar vasitəsi ilə günəş enerjisinin toplanılaraq suyun qızdırılmasında istifadə edilməsi metodu var. Bununla yanaşı, qeyd etdiyim kimi, su elektrik stansiyaları imkanları mövcuddur”.

O vurğuladı ki, işğaldan azad olunan ərazilərdə çoxlu iti axan dağ çayları var, onların bir çoxu üzərində su elektrik stansiyaları quraşdırılıb, bir çoxunun üzərində quraşdırılması nəzərdə tutulub, bir çoxunda da quraşdırma prosesi davam edir. Müsahibimiz hesab edir ki, Azərbaycan hökuməti yalnız büdcədən xərcləmələr etməklə ölkədə alternativ enerji mənbələrinin, alternativ enerjidən istifadənin genişləndirilməsi işini həyata keçirə bilməz. “Ona görə də bu iş təbliğ edilməlidir ki, cəmiyyət buna dəstək versin. Onlar özləri də alternativ enerji mənbələri axtarışında olsunlar və bu mənbələrin tapılmasında da hökumət onlara yardım göstərsin. Məsələn, bir həyətin ətrafından bir su arxı, kiçik bir çay  keçirsə, belə çaylar üçün mini generatorlar istehsal edib təbliğ etmək olar ki, əhali onu alsın, xüsusən də uzaq dağ kəndlərində bu kiçik elektrik generatordan istifadə etsinlər.

Bu il “Yaşıl enerji ili” elan edilib və il üçün gözləntilərimiz çoxdur. Ümid edək bu il Azərbaycanda ciddi irəliləyiş olacaq...Bir sıra yeniliklərin şahidi olacağımıza inanıram”-deyə qeyd edən A.Nəsirli bildirdi ki, dünya bu istiqamətdə gedir və Azərbaycan da bu yolu davam etdirməlidir. Dünya artıq alternativ enerji mənbələrindən əldə edilən enerjinin həcmini kəskin şəkildə artırır...

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031