Hikmət Hacıyevin "maneəsiz dəhliz təklifinə" Yerevandan pozucu cavab gəldi...
Bir neçə gün əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniya mediasına müsahibəsində Zəngəzur dəhlizi ilə Naxçıvana daşınmalar barədə demişdi ki, Naxçıvana aid yüklərin maneəsiz, sərhəd və gömrük nəzarətindən keçmədən daşınması ilə bağlı Ermənistanın razılığını eşitmək istərdik. Bu gün Yerevandan Hikmət Hacıyevin normal təklifinə cavab verilib. Ancaq cavab Ermənistan XİN- dən yox, Milli Assambleyanın xarici işlər komitəsinin sədri Sarkis Xandanyandan gəlib. Xandanyan deyib ki, maneəsiz və sərhəd -gömrük nəzarətindən kənar daşınmalar Ermənistanın süverenliyinə guya ziddir, ona görə də sərhəd- gömrük nəzarət rejiminin sadələşdirilməsini müzakirə edə bilərik.
Beləliklə, Hikmət Hacıyev Naxçıvana yüklərin sərhəd- gömrük yoxlaması olmadan daşınmasından danışdığı halda, Xandanyan ancaq sadələşdirilmiş rejimdən danışır, yəni sərhəd- gömrük yoxlamalarının ən müasir texnologiyalarla aparılmasını məqbul hesab edir. Bu mövqe isə əslində sül prosesinə qarşı pozuculudur..
Nahid Salayev