Ermənistanın KTMT-dən artıq heç bir gözləntisi yoxdur...
İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) artıq heç bir gözləntisi yoxdur. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Bizim KTMT-dən artıq heç bir gözləntimiz yoxdur. Zaman keçdikcə biz başa düşdük ki, KTMT-dən heç bir gözləntimiz ola bilməz”, - deyə Qriqoryan ölkəsinin İctimai Televiziyasının efirində bildirib.