Lukaşenko özü və ailəsinin gələcəyini zəmanət altına aldı - ömürlük toxunulmazlıq, ev, üstəlik...
Belarus prezidenti Aleksandr Lukaşenko imzaladığı qanun layihəsi ilə həm özünə, həm də ailəsinə ömürlük toxunulmazlıq verib.
Prezidentin səlahiyyət müddətini başa vurduqdan sonra Belarus parlamentinin yuxarı palatasının daimi üzvü olmasını nəzərdə tutan qanun Lukaşenkonun mühakimə olunmasının da qarşısını alacaq. Qanun liderlərin prezidentlik müddətində qəbul etdikləri qərarlara görə mühakimə olunmalarının qarşısını alır.
Üstəlik, yeni qanun layihəsi sayəsində dövlət başçılarının və onların ailə üzvlərinin dövlət büdcəsi hesabına ömürlük müdafiə ilə təmin olunması, səlahiyyət müddəti başa çatdıqdan sonra onlara ev verilməsi qərara alınıb.
Yeni qanun həmçinin prezidentliyə namizədlərin ən azı 40 yaşı olması və Belarusda 20 il yaşamasını tələb edir. Başqa ölkədən ikinci vətəndaşlığı olanlar artıq ölkənin ən yüksək postuna namizəd ola bilməyəcəklər.
TAHİR