ABŞ səfirliyi Bakı ilə Vaşinqton arasında münasibətlərlə bağlı erməni təxribatını ifşa etdi... - FOTO
ABŞ-nin Azərbaycandakı səfirliyi Bakı ilə Vaşinqton arasında münasibətlərlə bağlı erməni təxribatını ifşa edib. Trend bu barədə bazar ertəsi xəbər verir.
Erməni mediası iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin onun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb. Lakin məlum olduğu kimi, diplomat hazırda ABŞ-dədir.
"Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-nin Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir", - səfirliyin "X" sosial şəbəkə hesabında verdiyi bəyanatda qeyd edilib.