KÖHNƏ VERSİYA            

Böyük güclərin "Mərkəzi Asiya mübarizəsi" kəskinləşir - hamı Azərbaycana minnətçi düşəcək...

Image

2024-cü ildə dünyada yeni qaynar nöqtələr yarana bilər. Bunu Rusiya Hərbi Elmlər Akademiyasının böyük elmi işçisi Vladimir Proxvat deyib.

Ekspertin fikrincə, Yaxın Şərq və Mərkəzi Asiyada yeni münaqişələr yarana bilər. O əlavə edib ki, Qərb ölkələri Qazaxıstanda dövlət çevrilişi planlaşdırır: “Mən Mərkəzi Asiyada ABŞ və Böyük Britaniyanın bütün istiqamətlərdə fəallaşmasından və Qazaxıstanı Rusiyadan qoparmağa çalışmasından narahatam. Qərbin 2022-ci ilin yanvar çevrilişini təkrarlamağa çalışacağını istisna etmirəm”. Hadisələrin inkişaf axarı cari ildə Qərb-Rusiya-Çin üçbucağında Mərkəzi Asiya uğrunda rəqabətin daha kəskin xarakter alacağını göstərir. Xüsusən də Qərbin Mərkəzi Asiyada getdikcə daha çox fəallaşması Rusiya və Çində ciddi narahatlıqla qarşılanır. Belə bir vaxtda Qazaxıstanın peyk və internet operatoru olan TVCOM bildirir ki, yanvarın əvvəlindən Rusiyanın Birinci kanalı (ORT) da daxil bir neçə Rusiya telekanalını özünün yayım cədvəlindən çıxarıb. Operatorun məlumatına görə, informasiya gündəlikli kanalların azaldılması çərçivəsində “PKVS Qazaxıstan” telekanallar qrupunun peyk və internet yayımları cədvəlindən çıxarılmasına dair qərar qəbul edilib. Beləliklə də Rusiyanın “Birinci kanal SNG”, “Poyexali”, “Vremya: dalyokoye və blizkoye”, “Dom kino”, “Telekafe”, “Dom kino – Premium”, "Muzıka pervoqo”, “Pobeda”, “Karusel”, “Bobyor” və “O!” telekanallarının Qazaxıstan boyunca yayımı dayandırılmış olub. Məlumatda bu da qeyd olunur ki, rəhbərliyin qərarı ilə Qazaxıstan efirində informasiya yüklü xarici kanalların payı azaldılacaq. TVCOM izah edir ki, onun abunəçiləri mediasavadlılığın yüksək həddinə çatıblar və xəbər informasiyalarını əsas etibarilə sosial şəbəkələrdən alırlar. Qeyd edək ki, TVCOM Qazaxıstanın milli teleradio yayımları operatoru “Kazteleradio” şirkətinin partnyorudur. Ötən ilin  noyabr ayında Qazaxıstanda Rusiya telekanallarına baxmaq imkanı verən Sputnik24 portalı bloklanıb. Bu bloklamanın rəsmi səbəbi olaraq Qazaxıstan ərazisində milli lisenziyası olmayan kanalların yayımlanması göstərilmişdi. Ötən ilin avqustunda Qazaxıstanda İnformasiya və İctimai İnkişaf Nazirliyinin qərarı ilə Rusiyanın “Tsarqrad” telekanalı bloklanıb. Nazirlik bildirirdi ki, bu kanalın materiallarında ekstremizmin təbliğatı aparılır. 2022-ci ilin sonlarında Demoscope ictimai rəyi öyrənmə bürosu tərəfindən aparılmış sorğu qazaxıstanlıların təxminən beşdə birinin Rusiya telekanallarına baxdığını göstərmişdi. İndi Rusiyada belə hesab edirlər ki, Qazaxıstanda qəbul edilən qərarlar daha çox Qərbin təsirindən qaynaqlanır. Bu səbəbdən Kreml regionda mövqelərini əldən verməmək üçün hərəkətə keçməyə hazırlaşır.

Görünən budur ki, Qərb və Çin də sakit dayanmayacaq. Burada isə müəyyən məqamlara diqqət yetrimək lazım gəlir. Faktdır ki, Azərbaycan Qərblə Mərkəzi Asiya ölkələri arasında mühüm əlaqə vasitəsinə çevrilib. O da bəllidir ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə tarixi, dini, etnik və mədəni əlaqələr birləşdirir. Son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqə son dərəcə yüksəkdir. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Mərkəzi Asiya ölkələrinə Avropa bazarına çıxış üçün lazım olan mühüm, həm də müasir nəqliyyat əlaqələri birbaşa həm Qərb, həm də Mərkəzi Asiya ölkələri ilə normal münasibətlər saxlayan Azərbaycan ərazisindən keçir. Orta Dəhliz bunun ən yaxşı nümunəsidir. Beləliklə, Mərkəzi Asiyada kimin öz maraqlarını daha yaxşı təmin edə bilməsi həm də xeyli dərəcədə Azərbaycan faktorundan asılıdır. Çünki Mərkəzi Asiyada möhkəmənmək, onun ərazisindən dünya bazarlarına çıxış Azərbaycan sayəsində mümkündür. Hələlik isə bir vaxt mütləq dominant mövqeyi olan Moskva indi özünü Çin, Amerika Birləşmiş Ştatları və Avropa kimi böyük oyunçularla Mərkəzi Asiyada qızğın rəqabətdə görməkdədir. Rəsmi Pekin, başqa böyük dövlətlərdən fərqli olaraq, Mərkəzi Asiya ölkələrinə enerji, iqtisadiyyat, maliyyə və mədəniyyət vasitəsilə nüfuz etməyə üstünlük verir. Qısa müddət ərzində Çin həmin bölgəyə milyardlarla ABŞ dolları həcmində sərmayə yatırıb. Pekin üçün enerji nəqli məsələsi prinsipial əhəmiyyət daşıyır. Hazırda Mərkəzi Asiyadan bu ölkəyə qaz boru xətləri işləyir. Yeni enerji nəqli marşrutlarının çəkilməsi istiqamətində addımlar atılır. Moskva Pekinlə hər nə qədər yaxın münasibət qursa da, bəzi geosiyasi məqamlar onlar arasında fikir ayrılığına səbəb olur. Məsələn, regionun təhlükəsizliyinin təminində əsas rol oynamaq və enerji sahəsində əməkdaşlıqda aparıcı olmaq aspektlərində Rusiya ilə Çinin mövqeləri fərqlidir. ABŞ-la Avropanın həmin regionda geosiyasi maraqlarının olduğu məlumdur. Burada təhlükəsizlik və iqtisadi sahədə liderlik faktorları ön sıraya çıxarılıb. Beləliklə, Mərkəzi Asiya hazırda böyük geosiyasi güclərin kəskin mübarizə məkanına çevrilib. Tədricən onun şiddətlənməsi mümkündür.  Amma hər halda, hadisələrin inkişaf axarı rəqabət aparan güclərin Azərbaycan üzərindən Mərkəzi Asiyaya necə çıxış əldə edəcəyindən də çox asılıdır. Digər tərəfdən, yaranmaqda olan türk birliyi faktoru da proseslərə öz təsirini göstərəcək.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031