KÖHNƏ VERSİYA            

ŞOK - Rusiyanın Ukraynanı məhv etməsinə şərait yaradırlar...

Image

Rusiya və Ukrayna arasında gedən savaşın hansı istiqamətdə cərəyan edəcəyi yenə qlobal miqyasda əsas müzakirə predmeti olaraq qalır. Hazırda görünən odur ki, Qərb cari ildə Ukraynaya yardımları kəskin şəkildə azaldır. 

Məsələn, “The New York Times” yazır ki, ABŞ Ukraynanı “Patriot” raketlərinin mərmiləri ilə uzun müddət təmin edə bilməyəcək. Qeyd olunur ki, buna səbəb maliyyədir. Ukrayna Silahlı Qüvvələrinin adı açıqlanmayan zabiti məsələyə münasibət bildirərkən deyib ki, bu, Kiyevə baha başa gələ bilər: “Xarici tərəfdaşlarımız bizdən üz döndərsələr, müharibənin başlanğıcına qayıdacağıq. İnsanlarımız sığınacaqlardan çıxa bilməyəcək, qarşı tərəf şəhərlərimizi xarabalığa çevirməyə davam edəcək”.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Prezident əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib. Bu arada Danimarka ilk altı ədəd “F-16” qırıcısının Ukraynaya verilməsini bu ilin ikinci rübünə təxirə salıb. Xatırladaq ki, Danimarkanın baş naziri Mette Frederiksen ilk “F-16”ların yeni il ərəfəsində Ukraynaya göndəriləcəyini bildirmişdi. Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 ədəd “F-16” qırıcısı göndərəcəyini vəd edib. ABŞ təyyarələrinin Kiyevə verilməsi məsələsində Danimarka və Niderlanda “yaşıl işıq" yandırıb. Adıçəkilən ölkələr həm də ukraynalı pilotlar hazırlayır. Onlardan başqa, Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika 2025-ci ilə qədər “F-16”ları Ukraynaya göndərməyi planlaşdırır. Amma bu müddət Ukrayna üçün çox gecdir. Digər Qərb ölkələri də hərbi yardımları azaldır. Böyük Britaniyada yerləşən, müdafiə və güvənlik sahəsində ixtisaslaşan Kral Birləşmiş Xidmətlər İnstitutunun araşdırıcısı professor Piter Roberts bütün bunların Ukrayna üçün müsbət heç nə vəd etmədiyini bildirir. O vurğulayır ki, bu gün Qərb qısa zamanda qələbə qazanmaq üçün kütləvi əzmə üstünlük versə də, bu döyüş üsulu Ukraynada işləmir. Robertsin fikrincə, Rusiya prezidenti Vladimir Putin münaqişəni illərlə sürdürüb Qərbin diqqətini yayındırmağa arxalanır. Onun sözlərinə görə, ukraynalı döyüşçülər daha ustadır və çox şey qərbli tərəfdaşlarının da rolu ilə ölkənin öz hərbi istehsalını gücləndirməsindən asılı olacaq: “Ukrayna müharibəsinin xeyli dərəcədə yenidən geri qaytardığı şey döyüşlərin yüksək keyfiyyətli konvensional silahlarla aparılmasıdır. Bu, bəlli anlamda Koreya və Vyetnam müharibələrindən sonra unudulmuş kimi idi… Bunun tez ola biləcəyi fikri Qərbin çox selektiv yanaşması idi. Qərb dedi ki, baxın, biz müharibələri sürətli, tez və yaxşı nəticələrlə apara bilərik. Bir çox Qərb müttəfiqi və elə Ukraynanın öz ordusu da bu nəticəyə gəldi ki, biz yenidən hazırlığın sənayeləşmiş miqyasına qayıtmalıyıq. Qərbdə bir çoxlarının kiberməkana və bütün o yeni texnologiyaya investisiya edə bilmək üçün qurban verməyə hazır olduğu ənənəvi silahları da unutmayın… Özü də mənə elə gəlir ki, Qərb ordularında real dilemma var, axı onlar qısa, dəqiq, yüksək texnologiyalı savaşlar üçün təlim görüblər. İndi isə düşmənin belə döyüşmədiyi dilemması ilə üzləşirlər. Düşmənin də müharibədə söz sahibi olması faktı Qərb ordularının düşüncəsində, əsasən, unudulub. Qərblilərin 30 il boyunca təsəvvür etdikləri savaş ideyasının ayaqda qalması və hələ də uğur qazanmağa qadir olması fikri çox qüsurlu və problematikdir. Ancaq bunu çox az insan qəbul edir. Çox güclü inkar vardı və hələ də var. Ukraynada savaş başlanandan sonra “Almaniya silahlandıracaq”, “Britaniya daha çox pul verəcək” və sair kimi bəyanatlar vardı. Çox az ölkənin bu vədləri yerinə yetirdiyini görürük. Bəlkə, Polşa, İsveç, bir neçə Skandinav dövləti, təbii ki, Baltik ölkələri. Ancaq iri və güclü dövlətlərin çox az bölümü – Britaniya, Fransa və Almaniya savaş başlanandan dərhal sonra eşitdiyimiz ritorikaya uyğun davranır. Mənə elə gəlir ki, əsas problemlərdən biri di bundadır: onlar öz əhalisini, yaxud özlərini inandıra bilmirlər ki, indiki halda pul qoymaq gerçəkdən vacibdir. Mənə elə gəlir ki, müəyyən mənada Hollivud müharibəsi gözləntisi vardı: tez və sürətli. Məsələ ondadır ki, girdiyiniz hər döyüşdə kontekst dəyişir. İki döyüş heç vaxt eyni deyil. Düşmən də uyğunlaşdığından döyüşlərin özü də dinamikdir. Döyüşün beşinci günü birinci gününə bənzəməz. Çox fərqlidir, axı hər iki tərəf maneələrə, çevrəsindəki yerlərə uyğunlaşır və döyüş meydanı dəyişir. Bu üzdən doktrina sizə bu məsələlərin bir çoxunda düşməndən daha ağıllı düşünmək imkanı verən ideyalar toplusudur. Ancaq bəzən durğunluq baş verir. Hər iki tərəf əllərindəki imkanlarla bacardığını etsə də, qısa zamanda heç nə dəyişmir. Uzun sürən döyüşlər və, bəli, dondurulmuş münaqişələr belə yaranır. 2008-ci ildə Gürcüstana baxsanız, bu, əsasən, dondurulmuş münaqişədir. Rusiya müdaxilə etdi, ilhaq etdi, ölkənin suveren ərazisinin bir bölümünü - Güney Osetiya və Abxaziyanı ələ keçirdi və dondurulmuş münaqişə gedişində əlində saxladı. O bu əraziləri geri qaytarmayacaq. Orada hərbi bazalar qurur, oraları möhkəmləndirir və təchiz edir. Belə mövqeyin Ukraynada möhkəmlənməsinə imkan verməmək üçün çox ehtiyatlı olmalıyıq”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031