İsrailin müdafiə naziri Livanı hədələdi - Qəzzada baş verənləri Beyrutda da təkrarlaya bilərik...
İsrail Müdafiə Ordusu Livanda “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyata başlamağa qadirdir. “The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
“Onlar indi Qəzza zolağında nə baş verdiyini görürlər. Bilirlər ki, biz bunu Beyrutda təkrarlaya bilərik”, - deyə nazir bildirib.
Y.Qallant qeyd edib ki, “Hizbullah”a qarşı hərbi əməliyyatlar İsrail Müdafiə Ordusunun prioritetləri siyahısında deyil və İsrail tərəfi 80 min insanın bölgədəki evlərinə qayıtmasında daha çox maraqlıdır. O əlavə edib ki, İsrail hərbçiləri indiki kampaniyada irimiqyaslı hərbi əməliyyatlara deyil, xüsusi əməliyyatlara daha çox vaxt ayırmağa başlayırlar.
ZÜMRÜD