KÖHNƏ VERSİYA            

Dini Komitə ABŞ-ın Azərbaycana aid hesabatını yıxıb sürüdü - "erməni barmağı...

Image

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi barədə bəyanat yayıb.

Bəyanatda deyilir:

"ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də, ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir.

2013-cü ildən bəri BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Azərbaycanın Dövlət Katibi tərəfindən “xüsusi izləmə siyahısı”na daxil olan ölkələr kimi təyin edilməsini Dövlət Departamentinə tövsiyə etmiş, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayıb.

Dövlət Komitəsi olaraq dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz müxtəlif səviyyələrdə diqqətə çatdırılıb. Habelə rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin doğru olmadığı və qərəzliliyi maddə-maddə onların diqqətinə çatdırılaraq etiraz ifadə edilib.

Eyni zamanda, Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yayıb, Komissiyaya göndərmiş, o cümlədən müxtəlif din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar veriblər.

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir.

Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir.

Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sözdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq, müsəlman abidələrinə qarşı törədilmiş vandalizmə münasibətdə isə dözümlü yanaşma sezilir. Eyni zamanda Komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları vardır.

Abidələrlə bağlı sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarixi-mədəni və dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar edib.

Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim edib.

Bildiyiniz kimi, 2020-ci ildə 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılıb.

Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə yararsız vəziyyətdə, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi də qısmən yararlı olub ki, onu da dünyaya özlərini “tolerant” göstərmək məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması niyyətini müşahidə etməmişik. Buna baxmayaraq, Azərbaycan Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsini, hətta oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxlayıb.

Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmayıb.

Eyni zamanda, Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir. Komissiyanın heyətinə qərəzli erməni əməkdaşın cəlb edilməsi onun mahiyyətini bir daha sübut edir.

Reallıqda Azərbaycanda dini vəziyyət...

Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən etibarən bəzi xarici dairələr ölkəmizdə radikal və ekstremist dini ideyaların daşıyıcıları olan qrupların yaradılmasında maraqlı olublar. Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir, islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir.

Bildiyiniz kimi, hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər edərkən mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər edir, onları dinləyirlər.

Eyni zamanda, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdəki dini abidələr xüsusi nəzarətə götürülüb. İstisnasız olaraq, həmin ərazilərdə yerləşən dini ibadət ocaqlarının bərpası üçün göstəriş verilib. Artıq Şuşada dağıdılmış bəzi məscidlər, kilsələr bərpa edilib. Şuşada Yuxarı Gövhərağa məscidinə din xadimi təyin edilib.

Həmçinin, bildirməliyik ki, neçə illərdir din xadimlərinə dövlət tərəfindən maddi yardımlar olunur. Onların sosial layihələri maliyyələşdirilir. Onlarla birgə tolerantlığı, birgəyaşayışı əks etdirən konfranslar və s. tədbirlər təşkil edilir. Ötən ildə Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icması və digər qeyri-islam dini icmaları tərəfindən Azərbaycanda fəaliyyətdə olan dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Quba, İsmayıllı, Kəlbəcər və s. rayonlara səfərlər təşkil olunub. Belə səfərlər icmalar arasında dostluq və mehribanlıq münasibətlərini möhkəmləndirir.

Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində, dünyaya yayılmasında mühüm işlər görülür. Xatırladırıq ki, bu məqsədlə Dövlət Komitəsi tərəfindən təkcə 2022-ci ildə ABŞ-də - Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” və Belçikada - Brüssel şəhərində “Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərası dialoqun təşviqi” adlı konfranslar təşkil olunub. Beynəlxalq institutlarla, o cümlədən ABŞ-nin adıçəkilən təşkilatı ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, onların rəhbərləri və mütəxəssisləri ilə müxtəlif səviyyələrdə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.

Beləliklə, Dövlət Departamenti hər il sözügedən hesabatlar əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağlı açıqlamalar verir. Qeyd edək ki, Komissiyanın 10 il ərzində tövsiyələrinə baxmayaraq, 04.01.2024-cü il tarixinədək Departament tərəfindən ölkəmiz “xüsusi izləmə siyahısı”na daxil olan ölkə kimi müəyyən edilməyib (Azərbaycan ilə yanaşı Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da sözügedən “siyahı”da olan ölkə kimi təyin edilib).

Hesab edirik ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Dini baxımdan “nəzarətə götürülməli” olan ölkələrdən biri Ermənistan və ABŞ-dir. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik Ermənistanda ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində 20 faiz ərazimizi işğal altında saxladığı zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına daxil etmək qərəzli yanaşmadır.

Elə ABŞ-nin özündə də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də, 2022-ci ildə 6720 müsəlman dini ayrı-seçkiliyə məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.

Beləliklə, Komissiya və Dövlət Departamentinin müsəlman abidələrinə qarşı edilmiş vandalizmi görməzdən gələrək Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdi yolverilməzdir. Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirir.

Fürsətdən istifadə edərək Dövlət Departamentinə regionda yaranmış yeni reallıqlardan çıxış edərək Azərbaycana qarşı qarayaxma aparan ermənipərəst qüvvələrin dəyirmanına su tökməməyi, ikili standartlardan uzaq olmağı və beynəlxalq hüquq normalarına uyğun addımlar atmağı tövsiyə edirik".







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031