"Bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır" - MSK sədri
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar prezident seçkisi ilə əlaqədar ümumi maarifləndirmə proqramına əsasən Ali Məhkəmə və Apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminar başlayırıq.
MSK sədri qeyd edib ki, qanuna uyğun seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır. Bütün seçki iştirakçıları - prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri həmin hüquqlardan yararlana bilərlər.
Mətləb