Misirdə 2 minillik məzarlar aşkarlanıb
İspan arxeoloqları ilk dəfə Misirin Əl-Bəhnas şəhərində qızıl və rəngli cənazə maskaları olan mumiya şəklində təxminən iki minillik məzarlar aşkar ediblər. Bu barədə “Səda əl-Balad” informasiya portalı məlumat yayıb.
Məlumata görə, ptolemeylər sülaləsinin (e.ə. 305-30-cu illər) və Misir üzərində Roma hakimiyyəti dövründə dəfn edilmiş 23 mumiya aşkar edilib. Məzarlar Əl-Bəhnas şəhərinin yuxarı qəbiristanlığının şərq hissəsində aşkarlanıb. Ərazidə qazılmış və daşla örtülmüş quyuda ölüləri dəfn etmək üçün otaqlar vardır. Bu otaqların birində sarkofaqlar (qədim xalqlarda daş tabut), o cümlədən insan şəklində olanlar, digərində isə mumiyaların özləri var. Mumiyaların nə üçün sarkofaqdan kənarda basdırıldığı barədə məlumat verilmir. Mumiyalardan ikisinin ağzında dil formalı qızıl boşqab var.
Mətləb