Şirvanda müxtəlif növ silah-sursat aşkarlanıb
![Image](/uploads/posts/2024-01/17046903523001756228_1200x630.webp)
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
Mətləb