ABŞ Ukraynaya “Patriot” dəstəyini dayandırır...
Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan Ukraynaya işğal cəhdi 2 ilə yaxındır şiddətli qarşıdurmalarla davam edir. ABŞ və Qərb ölkələri Kiyevə silah-sursatla dəstək verir. Amma son vaxtlar ABŞ Konqresində Ukraynaya yardımla bağlı fikir ayrılıqları yaranıb.
İddia edilib ki, ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini tədarük etməkdə tezliklə çətinliklə üzləşəcək. ABŞ rəsmilərinin Ukraynaya verilən hava hücumundan müdafiə sistemi ilə bağlı açıqlamalarına yer verən “New York Times” iddia edir ki, Ağ Ev və Pentaqon rəsmiləri yaxınlarda Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarük olunmayacağı ilə bağlı xəbərdarlıq ediblər.
Qeyd edək ki, Ukraynanın hava hücumundan müdafiəsi üçün ciddi əhəmiyyət kəsb edən hər bir “Patriot” sisteminin qiyməti 2 milyon ilə 4 milyon dollar arasında dəyişir. Ukraynanın hava hücumundan müdafiə silahları arasında yalnız “Patriot” ballistik raketlərin qarşısını almağa qadirdir.
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan Rusiya-Ukrayna müharibəsi iki ilə yaxındır ki, davam edir. Müharibənin ilk günlərində gərgin münaqişə dövrlərindən sonra hər iki tərəf indi meydanda irəliləyə bilmir. Tərəflər uzun müddətdir ki, mövqelərini dəyişmirlər.
TAHİR