Qəzza zolağında öldürülən jurnalistlərin sayı 109-a çatdı...
İsrail ordusunun Qəzza zolağının cənubunda hava hücumu nəticəsində daha 2 jurnalist həlak olub.
Məlumata görə, İsrail təyyarələri Xan Yunus şəhərində 2 jurnalistin olduğu avtomobili hədəf alıb. Hücum nəticəsində Əl-Cəzirə telekanalının müxbiri Vail ed-Dahduhun oğlu, jurnalist Həmzə ed-Dahduh və Mustafa Süreyya ölüb.
Qəzzadakı hökumət ofisindən bildirilib ki, bununla da Qəzzada öldürülən jurnalistlərin sayı 109-a yüksəlib.
Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə telekanalının müxbiri Vail ed-Dahduh 25 oktyabr 2023-cü ildə İsrailin həyata keçirdiyi hücumlarda həyat yoldaşını, oğlunu, qızını və nəvəsini itirib. Özü isə dekabr ayında İsrailin hücumu zamanı yaralanıb.
TAHİR