İsrailin Qəzzadakı hərbi əməliyyatlarının «fəlakətli nəticələri» olacaq - Kral Abdulla Blinkenə xəbərdarlıq etdi
İordaniya kralı II Abdullah ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdə, İsrailin Qəzza zolağında hərbi əməliyyatının davam etdirilməsinin «fəlakətli nəticələri» olacağı barədə xəbərdarlıq edib.
İordaniya kralı həmçinin qeyd edib ki, Vaşinqton «mühüm rol oynamalı və Qəzza zolağında dərhal sülhə razılıq verməsini israr etməklə İsrailə təzyiq göstərməlidir».
Kral Abdulla bildirib ki, Qəzzada "faciəli humanitar böhrana" son qoyulmalıdır. İordaniya kralı Qəzzada dərhal atəşkəsin təmin edilməsində, mülki əhalinin qorunmasında, bölgəyə davamlı yardımın çatdırılmasında ABŞ-ın rolunun vacibliyini bir daha vurğulayıb.
"Fələstin məsələsində ədalətli həll tapılmadan və iki dövlət (Fələstin və İsrail) həllinə əsaslanan ədalətli və əhatəli sülh əldə olunmadan bölgə sabitləşməyəcək" deyə Kral bildirib.
Qəzza zolağı ilə İordan çayının qərb sahilini ayırmaq və fələstinliləri Qəzza zolağı və İordan çayının qərb sahilindən məcburi köçə məruz qoymaq səylərinə qarşı çıxan Kral Abdulla bildirib ki, bu cəhdlər beynəlxalq hüququn pozulmasıdır və qəzzalıların evlərinə qayıtmasına icazə verilməlidir.
TAHİR