Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var
![Image](/uploads/posts/2024-01/1ce7c4d2-6d55-305c-9da4-7fd1214c5f08_850.webp)
Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var.
İlk hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
Belə ki, avtoqəza nəticəsində rayon sakini, 1973-cü il təvəllüdlü Fərhad Hüseynov xəsarət alıb.
Motosikletin aşması nəticəsində isə rayon sakini, 2002-ci il təvəllüdlü Məhəmməd Amanov xəsarət alıb.
Hər iki yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır./report.az/