KÖHNƏ VERSİYA            

Blinken ABŞ-Azərbaycan münasibətində isinişmələri yerə vurdu...

Image

ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycana qarşı qərəzli münasibətindən bir addım da olsun geri çəkilmək istəmir. Ermənisevərlik onun gözlərini o qədər tutub ki, əsassız olaraq Azərbaycanı “dini etiqad azadlığı ilə bağlı xüsusi müşahidə altında olan ölkələr siyahısı”na salıb. 

Erməni mediası da “fəxrlə” yazır ki, “Azərbaycan ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı xüsusi müşahidə altında olan ölkələr siyahısındadır”. 

ABŞ-ın dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda qeyd edilir ki, konqres 1998-ci ildə Dini Etiqad Azadlığı Aktını qəbul etdikdən sonra din və ya inanc azadlığının təşviqi ABŞ xarici siyasətinin əsas məqsədi olub. “Mən Əlcəzairi, Azərbaycanı, Mərkəzi Afrika Respublikasını, Komor adalarını və Vyetnamı dini etiqad azadlığının və ya dözümsüzlüyün ciddi şəkildə pozulmasına görə xüsusi müşahidə altında olan ölkələr siyahısına daxil etmişəm.

Hökumətlər dini azlıqların üzvlərinə və onların ibadət yerlərinə hücumlar, icma zorakılığı və dinc ifadələrə görə uzunmüddətli həbslər, transmilli repressiyalar və dini icmalara qarşı zorakılıq çağırışları kimi sui-istifadələrə son qoymalıdırlar”-deyə ABŞ-ın dövlət katibi üzdəniraq bəyanatında bildirib.

Blinkenin bir sıra ölkələrlə yanaşı Azərbaycanı da dini etiqad azadlığı ilə bağlı “izləmə siyahısı”na daxil edildiyi barədə açıqlaması ölkəmizdəki dini icmalar tərəfindən narazılıqla qarşılanıb.   

Robert Mobili: “Amerikada qalxan bu mövzunun arxasında orda olan erməni diasporası durur” 

Alban-Udi dini icmasının sədri Robert Mobili “Bakı-Xəbər”ə bildirdi ki, illərdir ABŞ-dakı bəzi ermənipərəst qüvvələr Azərbaycana qarşı bu cür uydurma iddialar irəli sürürlər, əsassız olaraq ölkəmiz bu cür siyahılara salınır.  “Azərbaycan tolerant ölkədir. Ölkəmizdə olan multikulturalizm mühiti dünya ölkələri üçün nümunədir. Azərbaycanda olan bu mühit əsrlərdir formalaşıb. Digər dini etiqad nümayəndələri mehriban formada yaşayır. Tolerantlıq məhz budur. Azərbaycan adı hər zaman bizi birləşdirən dəyərdir. Dünya ölkələri də görürlər ki, Azərbaycanda nə dini, nə milli ayrıseçkilik yoxdur. Bizdə xristian abidələri olsun, digərləri olsun, fərqi yoxdur, hamısı qorunur, bərpa olunur”. 

Ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqət yetirdiyini qeyd edən R.Mobili bildirdi ki, Azərbaycanda bütün dini icmaların nümayəndələri, təmsilçiləri heç bir maneə ilə üzləşmir. “Bu, Cənab Prezident İlham Əliyevin sayəsində mümkün olub…Bilirsiz ki, bir neçə ay əvvəl nümayəndə heyətilə ABŞ Dövlət Departamentidə olduq. 

Azərbaycana qarşı əvvəllər də belə əsassız ittihamlar irəli sürülüb. Biz həmişə fikrimizi demişik, o siyahlılarda yer alan ittihamların əsassız olduğunu dəfələrlə bildirmişik. Yəni bu məsələni  qaldırmışdıq. Mən orda çıxış edərkən onları ölkəmizə dəvət etdim. Onlar ölkəmizdə də olub, həqiqəti öz gözləriilə görüblər. Bu məsələnin yenidən belə qabardılması Ermənistanın müharibədə uduzmasından sonra daha çox aktuallaşıb. Ermənilər istəyirlər ki, azad edilmiş torpaqlarımızda xristianlığa aid mədəni irsin sahibi kimi olsunlar. Bu yolla da gələcək nəsillərimiz üçün problem yaratmaq istəyirlər. Onların əsas məqsədi gələcəkdə revanşizm məsələsində qabartsınlar ki, azad edilən torpaqlarımızda xristianlığa və alban mədəni irsinə aid olan kilsələr, məbədlər bizimdir. Amerikada qalxan bu mövzunun arxasında orda olan erməni diasporası durur. Ermənilərin Azərbaycanla sülh müqaviləsi bağlamamışdan qabaq əsas məqsədi xristian abidələrini özününküləşdirməsidir", - deyə icma sədri vurğulayıb.

R.Mobili qeyd edib ki, hətta İkinci Qarabağ müharibəsinin ilk günlərində Arayik Arutyunyan bu müharibəyə dini don geyindirmək istəyirdi. Lakin bu baş tutmadı. "Ermənilər tərəfindən işğal edilmiş ərazilərimizin də azad olunmasında Cənab Prezident İlham Əliyevin yaratdığı bu mühitin əvəzssiz rolu oldu. Həm torpaqlarımızı azad elədik, həm də mədəni-dini irsimizin sahibi olduq.

Ermənipərəst ölkələrin marağı var ki sülh müqaviləsini bağlamaq onlardan asılı olsun. Bu gün Qafqaz Albaniyasının varisi Azərbaycandır. Alban dini icmasının varisləri isə udilərdir", - deyə o qeyd edib.

Ramiz İsayev: “Azərbaycanın da dini etiqad azadlığı ilə bağlı “izləmə siyahısı”na daxil edilməsi çox gülünc və əsassızdır” 

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Ramiz İsayev də hesab edir ki, Blinkenin açıqlaması başdan-başa qərəzdən ibarətdir. R.İsayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, başdan-başa uydurmadır. “Azərbaycanda yaşayan yəhudilərin həyat tərzi ilə maraqlansalar bunun büsbütün uydurma olduğunu görə bilərlər. Dünyada həm Avropa dövlətləri, həm də Birləşmiş Ştatların indiki hakimiyyəti tərəfindən bəzi ölkələrə qarşı ikili standartlar mövcuddur. İkili standatlar tətbiq olunan ölkələr arasında təkcə Azərbaycan deyil, bu İsrailə də tətbiq edilir. Azərbaycanla bərabər İsrail dövləti də tarix boyu ikili standartlara məruz qalıb. Bu qərəzlidir və erməni lobbisinin əməlləridir. İnanmıram ki, bu məsələ ABŞ və Azərbaycan münasibətlərinə hansısa bir təsir göstərər. Keçmişdə də belə məsələlər olub. Dövlət Demortamentinin bəzi hesabatlarında insan haqları məsələlər yer alıb. Xüsən də dini etiqad azadlığı ilə bağlı hesabatlar bizə gülünc gəlir, çünki orada yer alanlar tamamilə absurddur. Mən şəxsən bu məsələni Vaşinqtonda da qaldırmışam. Bu cür hesaabtları hazırlayan insanlarla da söhbətlər etmişəm, çox görüşlər keçirmişik. Bu sahədə bizim səfirliyimiz tərəfindən də, Azərbaycan yəhudi icması tərəfindən də işlər gedir, mütamadi olaraq bəyanatlar verilir. Biz ABŞ-dakı yəhudi icmaları, lobbisi ilə də daim təmasdayıq. Lazım olan təqdirdə onların köməyindən də istifadə edirik. Azərbaycanda yəhidlər min illər boyu yaşayıb, hazırda  dünyanın bütün ölkələrindən fərqli olaraq Azərbaycanda antisemitizm heç zaman olmayıb və yoxdur. Azərbaycana qarşı belə bir hesabatın hazırlanması, Azərbaycanın da dini etiqad azadlığı ilə bağlı “izləmə siyahısı”na daxil edilməsi çox gülünc və əsassızdır”-deyə qeyd edən R.İsayev əlavə etdi ki, Azərbaycanda heç bir xalqın və dinin nümayəndəsinə qarşı ayrı-seçkilik edilmir. “Bunu bilmək üçün təkcə Azərbaycandakı yəhudi icmalarının rəhbərlərilə deyil, sadə bir  yəhidi, yaxud başqa bir millətin nümayəndəsi ilə ABŞ səfirliyinin bir nümayəndəsi danışsa görər ki, iddialar nə qədər absurddur. Biz bilirik məqsəd nədir, bunu niyə edirlər. Tarix hər şeyi öz yerinə qoyar”-deyə R.İsayev vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031