"Qəhvə yaddaşı və diqqəti yaxşılaşdır" - yaponiya alimləri
Yaponiya alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər. “Springer” nəşri içkinin gözlənilməz faydalarından yazıb.
Yazıda qeyd edilir ki, araşdırmanı Sukuba Universitetinin tədqiqatçıları aparıblar. Otuz gün ərzində siçanlara qəhvə, güldəfnə və yapon turpunda olan triqonelin maddəsi verilib. Daha sonra gəmiricilər “Morris” labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.
Mətləb