Şarl Mişel bu yay postundan ayrılacaq- “iki vəzifə tutmaq mümkün deyil”
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu yay postundan ayrılacaq. Buna səbəb avropalı siyasətçinin iyunun 6-dan 9-dək Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Onun özü bu barədə şənbə günü bildirib. "Avropa seçkilərində İslahat Hərəkatı Partiyasından çıxış edəcəyəm. Mən Avropa Parlamentinin üzvü kimi and içmək niyyətindəyəm", - “Sudinfo” portalı Mişeldən sitat gətirib.
Şarl Mişelin Avropa İttifaqı Şurasının rəhbəri kimi səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır, seçkilər iyulda keçiriləcək. Siyasətçi qeyd edib ki, “iki vəzifə tutmaq mümkün deyil”. “Bu o deməkdir ki, mən iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa İttifaqı Şurasının rəhbəri kimi vəzifələrimi yerinə yetirəcəyəm”, - o fikirlərini izah edib.
Mətləb