Bayden ilk seçki çıxışında Tramplin "üstünə düşdü"...
Bu ilin sonunda ABŞ- da prezident seçkilərinin keçiriləcəyi artıq qətidir. Respublikaçıların əsas və ən güclü rəqibinin Donald Tramp olacağı ehtimal edilir. Artıq Trampa təzyiqlər başlayıb ki, seçkiyə qatıla bilməsin. İki ştatın məhkəməsi onun Respublikaçılar partiyasında ilkin seçkilərə qatılmasının mümkünsüzlüyü barədə qərar verib.
Məhkəmə hətta ölkə konstitusiyasına 14- cü əlavəni də təklif edib- üsyana qalxmış şəxslərin federal vəzifə tutmasını qadağan edən əlavə. Lakin son qərarı ABŞ Ali Məhkəməsi fevralda verməlidir.
Demək, Tramp hələ bir çoxlarının yuxularını qaçıra bilən təhlükə olaraq qalır. Bu arada isə Bayden ilk seçki çıxışı hesab olunan çıxışında Trampı " demokratiyaya fundamental təhlükə adlandırıb"....
Nahid Salayev