Ukraynada müharibə bu tarixdə bitəcək ....bəs kim qalib gələcək?
Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Perenciyev öz proqnozlarını bölüşüb. "Ukraynada əməliyyat tezliklə, ola bilsin bu yazda və ya yayda bitəcək. Rusiya qalib gələcək."
Perenciyev özünün çox az inandırıcı görünən proqnozunu iki amillə izah edib.Əslində onun bu iki amili də yeni və inandırıcı deyil.Beləliklə, Perenciyevin arqumentləri:
1.Rusiyanın hərbi sənaye kompleksi öz gücünü artırır.
2.Rusiya ordusuna yeni çoxminli muzdlular cəlb olunub.
Burada nə yenilik var ki....
İqtisadiyyat sanksiyaların təsiri altında çökürsə, hərbi gücün artırılması çətin mümkün olsun. Muzdluların isə necə döyüşəcəyini hələ bilmək çətindir.
Tahir Tağıyev