Prezident baş naziri uğursuz siyasətinə qurban verir....Ölkə qarışacaq..
Fransanın ictimai rəyi araşdırma institutu "Fiqaro " qəzetinin sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb. Rəyi soruşulanların 70 faizi, yəni hər 10 nəfərdən 7- si baş nazir Bononun istefaya göndərilməsini zəruri sayır və hesab edir ki, onun fəaliyyəti səmərəsizdir.
Ən maraqlı cəhətlərdən biri odur ki, artıq Fransada Makronun hökumət kabinetində dəyişikliklər etməyə çalışdığı barədə çoxdan rəylər dolaşır və o da deyilir ki, Makron yeni kabinetdə iqtisadiyyat və müdafiə nazirlərini yerlərində saxlamaq fikrindədir. Sorğunun nəticələri də göstərib ki, məhz bu iki nazirin lehinə olanlar əleyhinə olanlardan bir qədər çoxdur. Bu onu göstərir ki, "Fiqaro" qəzetinin sifarişi ilə keçirilmiş və baş naziri çıxdaş etməyi hədəfləmiş sorğu əslində prezident Makronun sifarişidir. Makron özünün daxili siyasət uğursuzluqlarını baş nazirin boynuna yükləməklə sudan quru çıxmaq istəyir.
Nahid Salayev