Nazirlik Aygün Bəylərlə bağlı ən son məlumatı yaydı
"Əməkdar artist Aygün Bəylər vəfat etməyib, o süni nəfəs aparatına qoşulub". Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirildi ki, A.Bəylərin ölüm xəbəri həqiqəti əks etdirmir.
Qeyd edək ki, əməkdar artistin Ankarada xəstəxanalardan birində vəfat etdiyi barədə xəbər yayılıb. A.Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.
İradə SARIYEVA