Ukraynalı komandan məhbusların cəbhəyə göndərilməsinə qarşı çıxdı - Mən kimi müharibəyə göndərim?
Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin iclasında səfərbərlik haqqında qanun layihəsi müzakirə edilib. Məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujni məhkum və məhbusların ordu sıralarına cəlb olunmasının əleyhinə olduğunu deyib.
O, orduda insanlara ehtiyacı olduğunu bildirib, çünki Rusiya artıq 400 minə qədər çağırışçını səfərbər edib və iyun ayına qədər daha 400 minə qədər insanı səfərbər edə biləcək.
“Mən kimi müharibəyə göndərim? Dünyaya üz tutaraq, əsgərmi istəyim? Yoxsa sizmi döyüşə gedəcəksiniz? Mənə əsgər verin”- Zalujni bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, hər bir çağırışçının 80 günlük təlimdən keçməsi gərəkdiyini bildirib.
İclasda Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edib.
Deputat Aleksey Qonçarenko, Zalujni və Umerovun səfərbərliyin gücləndirilməsinin zəruri olduğunu deyiblər.
Qeyd edək ki, məhbusların silahlı qüvvələr sıralarına cəlb edilməsi təşəbbüsü ilə Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Oleq Jdanov çıxış edib.
TAHİR