Tramp onu seçkidən kənarlaşdırmağa çalışanlara qarşı hücuma keçdi - son qərarı Ali Məhkəmə verəcək...
ABŞ Ali Məhkəməsi Donald Trampın prezidentliyə namizəd olub-ola bilməyəcəyinə qərar verəcək.
Ali Məhkəmə Donald Trampın ona praymerizdə iştirakını qadağan edən Kolorado məhkəməsinə qarşı şikayətini qəbul edib. Ali Məhkəmə işə fevralda baxacaq və onun qərarı bütün ştatlara şamil ediləcək.
Dekabrda Kolorado məhkəməsi Donald Trampın Respublikaçılar Partiyasının daxili seçkilərində iştirakını qadağan edən qərar qəbul edib. Məhkəmə keçmiş prezidentə qarşı Konstitusiyaya 14-cü düzəlişi təklif edib ki, bunun nəticəsində, üsyanda iştirak etmiş şəxslərin federal vəzifə tutması qadağan edilir.
Qeyd edək ki, 27 ştatın baş prokurorları Kolorado məhkəməsinin qərarını ləğv etmək üçün Ali Məhkəməyə müraciət ediblər. Müraciət müəlliflərinin fikrincə, Trampın seçkidən kənarlaşdırılması “genişmiqyaslı xaos” yaradacaq.
TAHİR