Daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alındı
Mərkəzi Seçki Komissiyası daha iki nəfərin namizədliyini qeydə alıb. Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınması müzakirə edilib və səsverməyə qoyularaq namizədlikləri qeydə alınıb.
Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.