Türkiyə - İsrail " gizli ticarəti " barədə təzə xəbər var- İsrail işğalında olan 2.2 milyon fələstinli ilə.......
Türkiyə höküməti bəzi media orqanlarında İsraillə ticarət dövriyyəsinin artması ilə bağlı iddiaları təkzib edib. Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin İsraillə ticarət dövriyyəsi il ərzində 45% azalıb.
"Bəzi mediada İsrailə ixracın artması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Ticarət İsrailin yəhudi hissəsi ilə deyil, söhbət işğal altında olan İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzza və İsrailin 2,2 milyon Fələstin vətəndaşı ilə ticarətdən gedir”, - deyə Ticarət Departamenti mətbuata açıqlamasında bildirib. Agentlik vurğulayıb ki, Fələstin ərazilərinə bu və ya digər şəkildə göndərilən istənilən mal İsrail gömrük məntəqəsindən keçir.
Nazirliyin məlumatına görə, 2022-ci il oktyabrın 7-dən dekabrın 31-dək Türkiyənin İsraillə ticarət dövriyyəsi 2,32 milyard dollar, 2023-cü ilin eyni dövründə isə 1,28 milyard dollar təşkil edib və bununla da 45% azalıb.
Mətləb