Zəlzələ Yaponiyada 100 nəfərin həyatına son qoyub
Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb. Yaponiya mediasının yazdığına görə, səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirir.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.
Mətləb