ABŞ üçün təhlükə 34 trilyon borc yox, erməni lobbisidir... - Aydın Quliyev
Bəzi ölkələrin mediası ABŞ-ın dövlət borcunun 34 trilyon dollara çatdığını sevinclə yazır ki, "budur, budur, Amerika dağılır".
Bilmirəm, bu borc məbləği hansı məntiqlə Amerikanın öz-özünə dağılacağı qənaətini yaradır?
Məgər Amerikadan bu borcu istəyən var? Qapını kəsiblər? Dollar kəsən maşınlar öz əllərində deyil?!
Bir az ağıllı olmaq lazımdır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Amerikanı dövlət borcunun bu həddə çatmasından daha çox erməni lobbisinin ABŞ hakimiyyəti üstündə güclənən təsirləri zəiflədə və hətta məhv edə bilər.
Təhlükə borcda deyil. Erməni lobbisinin əməllərindədir. Ən yeni fakta baxın.
Dünən ABŞ Dövlət Departamentində bir erməninin əli ilə hazırlanmış hesabatda ermənilərin Qarabağdan əslində könüllü və təhlükəsiz getdiklərinə baxmayaraq, bu işdə Azərbaycanı məsul tutaraq adını "pis ölkələrin" siyahısına salıblar.
Tahir TAĞIYEV