KÖHNƏ VERSİYA            

Mümkün İsrail-Hizbullah müharibəsi ilə bağlı dəhşətli ssenari - ilk gün 6 min raket, hər gün 1500 itki... hazırlıqlar başladı...

Image

İsrail Hizbullahla toqquşmaların davam etdiyi Livan sərhədində müharibə ehtimalına qarşı ordunu tam hazır vəziyyətə gətirib. “Times of Israel” qəzetinin məlumatına görə, Livan sərhədinə səfər edən İsrail Baş Qərargah rəisi Halevi yüksək rütbəli hərbçilərlə bölgədəki vəziyyəti dəyərləndirib. Baş Qərargah rəisi deyib ki, Livan sərhədində müharibə ehtimalına qarşı ordunun hazırlığı yüksək səviyyəyə çatdırılıb.

İsrail qüvvələrinin hər sahədə döyüşə hazır olduğunu bildirən Halevi, yalnız on minlərlə dinc sakinin öldürüldüyü Qəzzada Həmasla mübarizəyə fokuslandıqlarını iddia edib.

Halevi müharibəyə səbəb olan çətin şərtlərə baxmayaraq, bunun, əslində ölkənin şimal və cənubunda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirəcək bir fürsət olduğunu deyib. İsrailin adi "müdafiə" təcrübələrində dəyişiklik edəcəyini bildirən Halevi yaxın vaxtlarda sərhədə daha çox qüvvə yerləşdirəcəklərini bildirib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasındakı sərhəddə vaxtaşırı toqquşmalar yaşanır. Bu toqquşmalarda 28 livanlı mülki vətəndaş və 129 Hizbullah üzvü, İsrail qüvvələrinin açıqlamasına görə isə 5 mülki israilli və 9 İsrail əsgəri həlak olub.

Yanvarın 2-də isə Təl-Əviv administrasiyasına bağlı qüvvələr Beyrutda “Hizbullahın qalası” kimi tanınan Dahiye bölgəsindəki Həmas ofisini hava hücumu ilə hədəfə alıb və HƏMAS-ın Siyasi Büro rəhbərinin müavini Salih əl-Arurini öldürüb.

İsrail müharibənin ilk günündən 7 oktyabr hücumunu planlaşdıran Həmas və ya Kassam Briqadalarının liderlərini axtarır. Üç ay keçməsinə baxmayaraq, İsrailin axtardığı Yəhya Sinvar, Məhəmməd Deyf və digərlərindən hələ də əsər-əlamət yoxdur. 

Hizbullah və İsrail ordusu 3 aydır Livan sərhədində döyüşür. Münaqişə zonası zaman-zaman sərhəd xəttini keçsə də, indiyədək müəyyən bir çərçivədə davam edib. Lakin İsrail ordusunun hədəfini dəyişərək illərdir Beyrutda yaşayan Salih Arurini vurması tərəflər arasında kiçik qarşıdurmaların irimiqyaslı müharibəyə çevrilə biləcəyinə dair narahatlıqlara səbəb olub.

İndi İsrailin HƏMAS-ın siyasi liderlərindən olan Salih Arurini Beyrutda öldürməsindən sonra Livanın bir nömrəli hərbi gücü olan Hizbullahın atacağı addımlar ətrafında müzakirələr başlayıb. Hizbullah lideri Həsən Nəsrullah hücumun cəzasız qalmayacağını bildirib və qisas alacaqlarına işarə edib. 

Bu arada, Hizbullaha yaxınlığı ilə tanınan "El Meyadin" televiziyası İsraillə mümkün müharibə ilə bağlı ssenari paylaşıb. Televiziyanın məlumatına görə, İsrail təhlükəsizlik və hərbi mənbələri Hizbullahla mümkün müharibədə hər gün minlərlə raketin atılacağını bilirlər. İsrailin təxminlərinə görə, Hizbullah müharibənin ilk günlərində 6 min raket atacaq, daha sonra bu rəqəm gündə 1500-2 minə düşəcək. "El Meyadin"in iddiasına görə, İsrail ssenarisində gündəlik 1500 nəfərin öləcəyi və Dəmir Qübbə hava müdafiə sistemi tərəfindən bəzi raketlərin qarşısı alınsa belə, bu itkilərin yaşanacağı qeyd edilir.

"El Meyadin" vurğulayır ki, israillilərin ssenarisi Hizbullah lideri Həsən Nəsrullahın "qaydasız müharibə" bəyanatı ilə üst-üstə düşür.

O da qeyd edilir ki, İsrail ordusu Arurinin öldürülməsindən sonra şimal sərhədində hazır vəziyyətə gətirilib. Aralıq dənizi sahilində yerləşən Hayfa şəhərinin bələdiyyəsinin sığınacaqları açmağa qərar verdiyi barədə də məlumatlar yayılıb.

Onu da vurğulayaq ki, Livanın ən böyük hərbi gücü olan Hizbullah 18 il əvvəlki müharibədən sonra sürətlə silahlanıb. Son illərdə ilk dəfə tank və zirehli texnikasını təqdim edən Hizbullahın arsenalındakı raketlər də diqqət çəkir. İsrail ordusunun 2022-ci ildə dərc etdiyi hesabata görə, Hizbullahın 100 mindən çox raketi var. Bu rəqəm təşkilatın 2006-cı ildəki raketlərinin sayından 6 dəfə çoxdur. 

Hizbullahın raketlərinin əksəriyyəti 20 kiloqramlıq partlayıcı başlığa malik 40 kilometr mənzilli rus “Katyuşa”sıdır, ancaq arsenallarında başqa raketlər də var. İsraillilərə görə, Hizbullahın əlində olan İran istehsallı 300 kilometrə qədər mənzilli Fetih-110 ballistik raketi 500 kiloqramlıq döyüş başlığı daşıya bilir və İsrailin paytaxtı Təl-Əvivi vura bilər. Hizbullahın əldə etdiyi İran istehsalı “Zilzal-1” və “Zilzal-2” raketlərinin uçuş məsafəsi isə 210 kilometrə qədərdir. Zilzal raketlərinin partlayıcı gücü 600 kiloqramdır. Təşkilatın raket arsenalında Rusiya istehsalı olan Raid-2 və Raid-3, İran istehsalı Fecr-3 və Fecr-5 də var. İsrailin təxminlərinə görə, Hizbullahın əlində C-802 və Yaxont gəmi əleyhinə raketləri də var. 

Hizbullahın gizli hərbi qüvvələrinin həm kəşfiyyat, həm də kamikadze pilotsuz uçan aparatlarına sahib olduğu da məlumdur. 2022-ci ildə İsrailin Aralıq dənizindəki qaz yataqları üzərində uçan Hizbullah pilotsuz təyyarələri böyük səs gətirmişdi. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031