ABŞ ermənisinin saxta hesabatı əsasında Azərbaycan qara siyahıya salındı ...
ABŞ - da dini azadlıqlar indeksi deyilən indeks mövcuddur və bu indeksin "qara siyahısına" 12 ölkənin adı daxil edilib. Siyahıda Çinin, Kubanın, Eritreyanın, İranın, Myanmanın, Nikaraquanın, Şimali Koreyanın, Pakistanın, Rusiyanın, Səudiyyənin,Tacikistan və Türkmənistanın adları var. ABŞ Dövlət katibi E . Blinken gözlənilmədən Azərbaycanın da adını bu siyahının potensial iddiaçıları sırasına daxil edib.
Təsəvvür edin ki, Azərbaycan kimi dini tolerant ölkə dini azadlıqların pozuntusunda ittiham olunur, o ölkə ki, onun 67 məscidini erməni işğalçıları ötən 30 ildə məhv ediblər. Ancaq daha artıq təəccüblənməyin .Blinken bu addımı məşhur bir Amerika ermənisinin hazırladığı hesabat əsasında atıb.Faktiki Bayden hakimiyyəti Makron Fransasının biabırçı siyasətini təkrarlamaqda davam edir.
Məsələ burasındadır ki, ABŞ dövlət departamenrinin dini etiqad azadlıqları komissiyası var, bu komissiyanın ictimai xidməti belə bir hesabatı hazırlayıb ki, həmin xidmətə erməni millətçisi Daniella Aşbaxyan rəhbərlik edir. Bu erməni ABŞ Erməni milli Assambleyasının direktorlarının biri, Livanın Los Ancelesdə baş konsulu olub.Göründüyü kimi xarici dövlətin xidmətində olduqdan sonra ABŞ- a dönərək bu ölkənin dövlət qurumlarında mötəbər səlahiyyətləriə yiyələnib.Halbuki, bu ABŞ qanunvericiliyinə ziddir.ABŞ FBİ - də dövlət qurumlarında xarici təsirlərlə mübarizə idarəsi fəaliyyət göstərir.
Görünür ki, Aşbaxyan tolerant ölkə olan Azərbaycanın adının qara siyahılara salınmasını hədəfləmiş xüsusi tapşırıq yerinə yetirir.Bağışlanmaz odur ki, ABŞ dövlət strukturları ermənilərin oyuncağına çevrilmək siyasətinə asanca yem olurlar.
Nahid Salayev