Kadırovdan qalmaqallı açıqlama - Çeçenistanda “qan davası” geri dönür...
Tez-tez qalmaqallı və radikal açıqlamaları ilə gündəmə gələn Çeçenistan lideri Ramazan Kadırov bu dəfə də diqqətçəkən açıqlamalar verib.
Kadırov açıq şəkildə bildirib ki, Çeçenistanda “qan davası” bərpa edilməlidir.
“Bir insanın həyatına hər hansı bir qəsd hücum edənin yaxınlarına da təsir edəcək”, - deyən Kadırov bildirib ki, qaçaq cinayətkarların ailələri də mühakimə olunmalıdır.
Çeçenistanda təhlükəsizlik qüvvələrinə və ya turistlərə hücum edən insanların ailələrinə qarşı “qan davası” aparılması gərəkdiyini bildirən Kadırov deyib: "Yaxın qohumlar bilməlidirlər ki, çeçen adət-ənənələri əsrlər boyu bizə öyrətdiyi kimi, ailə üzvünün hərəkətinə görə bütün ailə məsuliyyət daşıyacaq. İnsan qətl törədir və qaçaraq cəzasız qalır. Qohumları da onu qınayırlar. Ancaq ailələrdən birini öldürüb, qan davası elan etmədən heç bir qınama fayda verməz”.
Çeçenistan lideri çıxışında xaricə qaçan dissidentlərin də öldürülməsinə çağırıb. “Əgər bu şəxslər Rusiyaya ekstradisiya edilməsə, bildiyimiz üsullarla onlardan xilas olacağıq” - deyə Kadırov bildirib.
Tahir TAĞIYEV