HƏMAS-ın ikinci adamının öldürülməsinin təfərrüatları - PUA ilə deyil qırıcı ilə vurulub, həm də 100 kiloluq raketlərlə...
İsrailin “Yedioth Ahronoth” qəzeti yanvarın 2-də Livanın paytaxtı Beyrutda HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Arurinin və 6 nəfərin öldürüldüyü hücumun təfərrüatlarını paylaşıb.
Qəzet adı açıqlanmayan Livan təhlükəsizlik rəsmisinə istiadən yazır ki, Aruri PUA ilə deyil, döyüş təyyarəsindən atılan raketlərlə öldürülüb. Bildirilib ki, döyüş təyyarəsi 6 idarə olunan raket atıb, onlardan ikisi birbaşa HƏMAS-ın binasındakı iclas otağını hədəf alıb. Mənbə İsrail döyüş təyyarələri tərəfindən istifadə edilən bu raketlərin hər birinin çəkisinin 100 kiloqram olduğunu qeyd edib.
Tahir TAĞIYEV