ABŞ İrandakı partlayışların arxasında İŞİD-in dayandığını iddia edir...
ABŞ-da hesab edirlər ki, çərşənbə günü İranda baş verən partlayışları İŞİD terror qruplaşması həyata keçirə bilərdi.
“Bu, həqiqətən də terror aktına bənzəyir. Biz keçmişdə İŞİD-dən oxşar şeylər görmüşük”, - deyə yüksək rütbəli ABŞ rəsmisi bildirib.
Onun sözlərinə görə, bu, fərziyyədir.
Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi Kirmandakı partlayışın arxasında İsrailin olduğuna dair heç bir işarənin olmadığını bildirmişdi.
İran rəsmiləri Kirmandakı partlayışın terror aktı olduğunu bildirsə də, bunun arxasında kimin olduğunu açıqlamayıblar.
İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei vurğulayıb ki, “düşmənlər bilməlidirlər ki, bu fəlakətə sərt cavab veriləcək”.
Terror aktı nəticəsində 103 nəfər ölüb, ən azı 211 nəfər yaralanıb.
İran hökuməti partlayışlarla bağlı yanvarın 4-nü milli matəm günü elan edib.
ZÜMRÜD